İsveçrə saatlarının ixracında 8 ilin rekordu
İsveçrə saatlarının ixracı iyul ayında bütün zamanların ən yüksək səviyyəsinə yaxınlaşıb, 2014-cü ilin oktyabr ayından bu yana ən yüksək ixrac rəqəminə çatıb.İsveçrə saatlarının ixracı iyul ayında rekord səviyyələrə yaxınlaşıb. Yüksək qiymətli Rolex, Omega və Vacheron Constantin saatlarına tələbatın kəskin artması ilə əlaqədar olaraq ixrac səkkiz il ərzində ən yüksək səviyyəyə çatıb.
Marja.az İsveçrə Saat Sənayesi Federasiyasının yaydığı məlumta istinadən xəbər verir ki, iyul ayında saat ixracı ötən ilin eyni ayı ilə müqayisədə 8,3% artaraq 2,3 milyard dollar təşkil edib.
Bildirilir ki, bu rəqəm 2014-cü ilin oktyabrından bəri əldə edilən ən yüksək göstəricidir.
Rolex, Omega, Aduemars Piguet və Patek Philippe kimi İsveçrə saat markaları pandemiya dövründə varlı istehlakçılar tərəfindən "aşkar edilib" və tələbdə "partlayış" yaşanır.
Açıqlamaya görə, ABŞ-a ixrac əvvəlki ilə nisbətən 13,5% artıb, keçən il Çini keçərək ən böyük bazar olaraq qalıb. Digər tərəfdən, Covid-19 bağlanmalarının yumşaldılmasından sonra ölkəyə ixracın artmasından sonra Çin ikinci ən böyük bazar olaraq qalıb.
Honq-Konq, Cənubi Koreya və Yaponiya istisna olmaqla, Asiya və Avropanın əksər əsas bazarlarına İsveçrə saatlarının ixracı iyul ayında ikirəqəmli artıb.
Qiyməti 500 frankdan yüksək olan saatlar ixracın dəyərinin 95 faizini təşkil edib. Qiyməti 200 ilə 500 frank arasında dəyişən saat ixracı isə azalmağa davam edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 8 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib





















