Müharibənin Rusiya iqtisadiyyatını 4 il geri atacağı gözlənilir
Rusiyanın Ukraynanı işğal etməsinin ölkə iqtisadiyyatını dörd il geri salacağı və tarixin ən uzun iqtisadi tənəzzüllərindən biri olacağı gözlənilir.
2022-ci ilin əvvəlində sürətlənən Rusiya iqtisadiyyatın ikinci rübündə azalmağa başlayacağı gözlənilir. Marja xəbər verir ki, Bloomberg tərəfindən sorğuya qatılan 12 analitikin orta hesablamasına görə, Rusiyada ümumi daxili məhsul bir ildən çox müddətdə ilk dəfə son rübdə azalacaq və illik geriləmə 4,7 faiz təşkil edəcək.
Bloomberg-in Rusiya üzrə iqtisadçısı Aleksandr İsakov deyib: "İqtisadiyyat ikinci rübdə dörd illik artımı dayandıraraq 2018-ci ilin həcminə qayıdacaq. Pul siyasəti tələbi dəstəklədiyi üçün azalmanın dördüncü rübdə yavaşlamasını gözləyirik. Yenə də 2023-cü ildə iqtisadiyyat daha 2 faiz itirəcək, çünki Avropanın enerji qadağası ixracı azaldacaq”.
Müharibə ilə bağlı beynəlxalq sanksiyaların sarsıntısı ticarəti pisləşdirib, avtomobil istehsalı kimi sənayeləri iflic edib. İqtisadi tənəzzül indiyə qədər qorxulandan daha az sürətli görünsə də, mərkəzi bank tənəzzülün qarşıdakı rüblərdə daha da pisləşəcəyini proqnozlaşdırır və gələn ilin ikinci yarısına qədər bərpa gözləmir.
"CentroCredit Bank"ın iqtisadçısı Yevgeni Suvorov, "Böhran çox rəvan bir trayektoriyadadır. İqtisadiyyat ən yaxşı halda 2023-cü ilin ortalarına qədər ən aşağı nöqtəyə çatacaq", - Suvorov əlavə edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 4 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib






















