Dünya Bankı Ukraynaya əlavə 4,5 milyard dollar ayıracaq
Dünya Bankı Ukraynaya əlavə 4,5 milyard dollar maliyyə vəsaiti təqdim edəcəyini açıqlayıb.
Marja.az Bankın yaydığı açıqlamaya istinadən xəbər verir ki, maliyyə paketinin ABŞ-ın verdiyi 4,5 milyard dollarlıq qrantdan ibarət olduğu qeyd edilib.
Açıqlamada bildirilib ki, Ukrayna hökumətinə davam edən müharibənin yaratdığı təcili ehtiyacların ödənilməsinə kömək etmək üçün 4,5 milyard dollar əlavə maliyyə veriləcək.
Əlavə maliyyələşdirmə hökumətin milli və regional səviyyədə əsas funksiyalarını yerinə yetirmək üçün inzibati və xidmətlərin göstərilməsi imkanlarının saxlanmasına və Ukrayna hökumətinə müharibənin sosial və iqtisadi təsirlərini yumşaltmaqda və sosial problemlərin həllində kömək edəcək.
Dünya Bankının prezidenti Devid Malpass vurğulayıb ki, Ukrayna həyat şəraitinin daha da pisləşməsinin və yoxsulluğun qarşısını almaq üçün dövlət xidmətlərinə, o cümlədən səhiyyə, təhsil və sosial müdafiəyə ehtiyac duyur.
Dünya Bankı iyun ayında Ukrayna üçün 1,49 milyard dollar əlavə maliyyələşdirməni təsdiqlədiyini açıqlamışdı.
Bu günə qədər bank vacib dövlət xidmətlərinin davamlılığını dəstəkləmək və müharibənin humanitar və iqtisadi təsirlərini azaltmağa kömək etmək üçün təcili maliyyələşdirmə üçün təxminən 13 milyard dollar səfərbər etmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 2 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib






















