Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Qlobal bank neftin qiyməti üzrə proqnozlarını endirib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Qlobal bank neftin qiyməti üzrə proqnozlarını endirib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Qlobal investisiya bankı "Goldman Sachs" 2022-ci ilin üçüncü və dördüncü rübləri üçün neftin qiyməti ilə bağlı proqnozlarını aşağı salıb.

Marja xəbər verir ki, bank 2022-ci ilin üçüncü və dördüncü rübləri üçün neftin qiyməti ilə bağlı proqnozlarını bir barel üçün 140 və 130 dollardan müvafiq olaraq 110 və 125 dollara endirib.

2023-cü il üçün proqnoz dəyişməyərək 125 dollar/barel səviyyəsində qalıb.

Ötən həftənin nəticəsi olaraq Brent markalı neftin qiyməti təxminən 9%, WTI isə təxminən 10% ucuzlaşıb. Hazırda fyuçerslər altı aylıq minimum səviyyələrə yaxındır.

Neft qiymətlərində növbəti ucuzlaşma artan çoxsaylı narahatlıqlar, o cümlədən böhran, Çinin koronavirusa qarşı “sıfır tolerantlıq” siyasəti və ölkənin daşınmaz əmlak sektorundakı vəziyyət, ABŞ-da strateji ehtiyatların sərbəst buraxılması ilə bağlıdır.

Həmçinin  "Goldman Sachs"ın ekspertləri bildiriblər: “Biz hesab edirik ki, bütün bu mənfi amilləri nəzərə alsaq belə, neftin qiymətinin artım ehtimalı yüksək olaraq qalır, belə ki, bazar son aylarda gözlədiyimizdən daha böyük defisit vəziyyətindədir”.

 

 

08.08.2022 12:14
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18