Rusiyaya embarqo tətbiq edilməsi Türkiyənin dəmir ixracını artırır
İstanbul Qara və Əlvan Metallar İxracatçıları Birliyi (İDDMİB) İdarə Heyətinin sədri Çetin Tecdelioğlu, Rusiya-Ukrayna müharibəsini istəmədiklərini qeyd edərək, “Orada insanların zərər görməsini istəmirik, amma embarqoya görə, ticarət baxımından bu vəziyyət Türkiyə üçün dəmir və əlvan metalların ixracında mühüm imkanlar yaradır”,- deyib.
Marja xəbər verir ki, Tecdelioğlu, sektorun ilk 7 ayda əvvəlki ilin eyni dövrü ilə müqayisədə 33% artımla 8,9 milyard dollarlıq ixrac reallaşdırdığını söyləyib.
Dəmir və əlvan metallar sektorunun ümumi ixracdakı payının 6,2%-ə yüksəldiyini qeyd edən Tecdelioğlu, sənaye sektorları arasında altıncı ən böyük ixracatçı olduqlarını vurğulayıb.
Tecdelioğlu, “2022-ci ilin yanvar-iyul dövründə ən yüksək ixrac 1,2 milyard dollar ilə Almaniyaya edilib. İtaliya isə 699 milyon dollarla ikinci, ABŞ isə 536 milyon dollarlıq ixracla üçüncü yerdədir",- bildirib.
Tecdelioğlu, Cümhuriyyətin 100-cü ildönümü olan 2023-cü ildə 20 milyard dollarlıq ixraca çatmağı hədəflədiklərini bildirb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 2 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib























