Çindən rekord xarici ticarət profisiti
İyulda Çində ixrac ötən ilin eyni dövrü ilə müqayisədə 18%, idxal isə 2,3% artıb. Xarici ticarət profisiti iyul ayında 101,26 milyard dollarla bütün zamanların ən yüksək səviyyəsinə çatıb.
Çin Baş Gömrük İdarəsinin məlumatına görə, iyul ayında ixrac 18 faiz artaraq 333 milyard dollar, idxal isə 2,3 faiz artaraq 231,7 milyard dollar təşkil edib.
Xarici ticarət profisiti iyul ayında 101,26 milyard dollar təşkil edib, bu da indiyədək ən yüksək məbləğdir.
İyun ayında 17,9 faiz artımdan sonra ixrac gözləntilərin üzərində artıb, idxal gözləntilərdən aşağı olub.
Rusiyaya ixrac 22 faiz artıb.
Sözügedən dövrdə Çinin xarici ticarətində ən böyük payı Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası (ASEAN), Avropa İttifaqı (Aİ) ölkələri və ABŞ təşkil edib.
Çinin, Ukrayna müharibəsindən sonra Qərbin iqtisadi sanksiyaları ilə üzləşən Rusiya ilə ticarəti iyul ayında da artmağa davam edib. Çinin Rusiyaya ixracı illik müqayisədə 22,2 faiz, Rusiyadan idxal isə 49,3 faiz artıb.
İxracda sürətlənmənin davam etməsi Çin iqtisadiyyatının Covid-19 epidemiyasından sonra bərpa olunmağa başladığı ümidlərini artırarkən, idxaldakı durğunluq mənfi təsirlərin hələ də aradan qaldırılmadığına dair narahatlıqları artırıb.
Çində Omicron variantına yoluxanların artması ilə əlaqədar olaraq bağlanma tədbirlərinin və məhdudiyyətlərin iqtisadiyyata mənfi təsiri yay aylarında, xüsusilə ölkənin ən böyük şəhəri Şanxayda hiss edilib.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
2 saat əvvəl
Azərbaycanın alüminium nəhəngi böyüyür - mənfəəti 5,7 dəfə artıb
-
4 saat əvvəl
Əhali tərəfindən Azərbaycana 1.4 milyard dollarlıq məhsul idxal edilib
-
-
4 saat əvvəl
Bu torpaq sahələrinin 1 faizindən artıq olmayan hissəsində tikililər inşa edilə və quraşdırıla bilər
-
4 saat əvvəl
Mahmud Abbas: HAMAS-ın gələcəyi yoxdur, silahı yerə qoymalıdırlar
- 4 saat əvvəl
-
4 saat əvvəl
Avropa bankı Azərbaycanda ilk dəfə istiqraz buraxır - MƏBLƏĞ
- 5 saat əvvəl
-
5 saat əvvəl
Bakı Fond Birjasından "FINCA Azerbaijan"ın istiqrazları ilə bağlı qərar
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
"Ülker" məhsullarının topdan və pərakəndə satıldığı mağaza açılıb
Son Xəbərlər

Azərbaycanın alüminium nəhəngi böyüyür - mənfəəti 5,7 dəfə artıb

Bu torpaq sahələrinin 1 faizindən artıq olmayan hissəsində tikililər inşa edilə və quraşdırıla bilər

“Azkredit"in xalis mənfəəti artıb

Dövlət Qulluğu Məcəlləsi hazırlanacaq

"Ülker" məhsullarının topdan və pərakəndə satıldığı mağaza açılıb
Ən çox oxunanlar

“E-qanun.ai” platformasının təqdimat mərasimi keçirilib

Temperatur enəcək, yağış yağacaq, leysan olacaq - XƏBƏRDARLIQ

"Bu emissiya Bank of Baku-nun güclü imicini ortaya qoydu" - MÜSAHİBƏ

Qatar ilə Gəncə–Mingəçevir–Ağstafa marşrutu üzrə sərnişin daşımalarına başlanılır - QİYMƏTLƏR

Sabahdan Bakı-Ağdam müntəzəm avtobus reysi işə düşəcək - Gediş haqqı qiyməti məlum oldu
