Toyota-dan investorlarını təəccübləndirən mühafizəkar proqnoz
Toyota bu maliyyə ili üçün mənfəət proqnozunu 2,4 trilyon yen səviyyəsində saxlayıb ki, bu da analitiklərin orta hesabla 3,3 trilyon yen proqnozundan aşağıdır. Bu fərqin avtomobil nəhənginin iyunun əvvəlindən 130 yenin üzərində olan dollar/yen məzənnəsini 115 olaraq proqnozlaşdırması ilə bağlı olduğu düşünülür.Bu il Yapon yeninin dollar qarşısında ucuzlaşmasına baxmayaraq, Toyota, 2022-ci il üçün mənfəət proqnozunu dəyişməyib. Şirkət, ehtiyat hissələrinin tədarükü problemi, artan xammal xərcləri və Çindəki vəziyyətin pisləşməsi səbəbindən avtomobil istehsalı ilə bağlı narahatlıqlarına diqqət çəkib.
Marja xəbər verir ki, Toyota, mart ayında başlayan maliyyə ili üçün mənfəət proqnozunu 2,4 trilyon yen (18 milyard dollar) səviyyəsində saxlayıb. Analitiklərin orta hesabla proqnozu dünyanın ən böyük avtomobil istehsalçısının 3,3 trilyon yen mənfəət əldə edəcəyi istiqamətində idi.
Bildirilir ki, “Toyota” ilə analitiklərin mənfəət proqnozları arasındakı fərq, şirkətin bu maliyyə ili üçün dollar/yen məzənnəsini daha əvvəl 115 səviyyəsində müəyyən etməsilə bağlıdır.
Dollar/yen məzənnəsi iyunun əvvəlindən 130 yen və ya daha yüksək səviyyələrdə əməliyyat olunub və nəticədə Toyotanın ölkə daxili gəlirləri artıb.
Toyota dollar/yen proqnozunu 130-a qədər yeniləyib.
Şirkətin açıqlamasına görə, dollar/yen məzənnəsinin 1 yen artması şirkətin 45 milyard yen daha çox qazanc əldə etməsi deməkdir.
Valyuta məzənnəsinin dəyişməsi gəlirlilik üçün kritik əhəmiyyət kəsb etsə də, səriştəli Toyota digər bir problem ilə də üzləşib. Çində yarımkeçirici qıtlığı, artan xammal xərcləri və fasilələr bütün dünyada avtomobil istehsal xətlərində xaosa səbəb olub.
Toyota, bu maliyyə ili üçün 9,7 milyon avtomobil istehsalı planına sadiq qalacağını açıqlayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 1 saat əvvəl
- 23 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
























