Fitch 2023-cü ildə qlobal ərzaq inflyasiyasında kəskin azalma gözləyir
Beynəlxalq kredit reytinqi agentliyi Fitch Ratings qlobal ərzaq inflyasiyasının 2023-cü ildə kəskin şəkildə aşağı düşəcəyi ehtimalını açıqlayıb.
Marja xəbər verir ki, kredit reytinq agentliyinin yaydığı açıqlamada, taxıl qiymətlərinin son həftələrdə kəskin ucuzlaşmasının gələn il ərzaq inflyasiyasında azalma gözləntilərini artırdığı qeyd edilib.
Açıqlamada qlobal ərzaq inflyasiyasının 2023-cü ildə kəskin şəkildə aşağı düşməsi ehtimalının olduğu bildirilib.
Ukraynada müharibənin əvvəlində tədarük narahatlığına görə taxılın qiymətinin qalxdığı xatırladaraq, digər ölkələrin istehsalı sürətləndirəcəyinə dair nikbinliyin olduğu qeyd edilib.
Açıqlamada, Ukraynanın bu həftə taxıl daşımalarının qlobal tədarükə təxminən 20 milyon ton qatqı təmin edə biləcəyi bildirilib.
Qlobal makro faktorların taxıl qiymətlərini də aşağı saldığına diqqət çəkilən açıqlamada, ABŞ Federal Ehtiyat Sisteminin (FED) siyasətini sərtləşdirməsinin (faiz artırmasının) tənəzzül qorxularını artırdığı və gələn il qlobal iqtisadi yavaşlama gözləntilərinə səbəb olduğu qeyd edilib. Qlobal sənaye istehsalındakı yavaşlama ilə əmtəə qiymətlərində azalma gözlənilir.
Açıqlamada FED-in pul siyasəti mövqeyinin dollar indeksini son 20 ilin ən yüksək səviyyəsinə qaldırdığı bildirilib.
Həmçinin açıqlamada qeyd olunub ki, Avropada təbii qaz qiymətlərinin bütün zamanların ən yüksək səviyyəsinə yüksəlməsi gübrə qiymətlərini daha da arta və məhsulların məhsuldarlığına mənfi təsir göstərə bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 1 saat əvvəl
- 23 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib




















