Cənubi Koreyada inflyasiya 1998-ci ildən bəri ən yüksək səviyyəyə çatıb
Cənubi Koreya Respublikasında iyulda istehlak qiymətləri indeksi (inflyasiya göstəricisi) 2021-ci ilin eyni dövrü ilə müqayisədə 6,3% artıb. Bu, 1998-ci ilin noyabrından bəri ən böyük artımdır.
Marja xəbər verir ki, müvafiq məlumat çərşənbə axşamı Milli Statistika İdarəsinin saytında dərc olunub.
İyun ayı ilə müqayisədə istehlak qiymətləri indeksi 0,5% artıb.
İyun ayında qiymətlərin artım tempi ötən ilin iyun ayı ilə müqayisədə 6%, mayda 5,4% təşkil etmişdi.
İnflyasiyanın artmasının səbəbləri kimi enerji və ərzaq qiymətlərindəki artım, qlobal təchizat zəncirlərinin pozulması göstərilir.
Statistika idarəsinin sözçüsü Ounq Sonq deyib: "İnflyasiya əsasən xarici amillər, məsələn, beynəlxalq neft qiymətlərinin artması kimi amillərdən qaynaqlanır".
Artan ərzaq və yanacaq qiymətlərini nəzərə almayan baza inflyasiyası iyulda 3,9% təşkil edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 1 saat əvvəl
- 23 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib























