Avrozonada inflyasiya rekord yeniləyib
Avrozonada inflyasiya iyulda yeni rekorda imza atıb. Bu vəziyyət Avropa Mərkəzi Bankınının yenidən kəskin faiz artıracağı gözləntilərini gündəmə gətirib.Avropa Statistika Agentliyinin - Eurostat-ın məlumatlarına görə, 19 üzvlü Avrozonada istehlak qiymətləri indeksi (inflyasiya göstəricisi) iyulda 8,9 faiz artıb. Ötən ay indeks 8,6 faiz artmışdı.
Bloomberg-in sorğusuna qatılan iqtisadçıların orta proqnozu 8,7 faiz təşkil edirdi.
Enerji qiymətləri inflyasiyaya səbəb olan ən böyük amil olsa da, emal olunmuş ərzaq məhsullarının qiymətləri də artıb.
Artan qiymət təzyiqləri səbəbindən Avropa Mərkəzi Bankı (AMB) son 11 ildə ilk dəfə bu ay faiz dərəcələrini 50 bənd artırıb. Rekord səviyyəli inflyasiya AMB-nin faiz dərəcələrini artırmağa davam edəcəyi ilə bağlı gözləntiləri də gücləndiribş
Fransa və İspaniyada da inflyasiya rekord qırıb.
Rusiyadan qaz axınının tamamilə kəsiləcəyi təqdirdə inflyasiyanın daha da sürətlənəcəyindən ehtiyatlanır.
Bu gün açıqlanan məlumatlara görə, inflyasiyanın artmasına baxmayaraq, ilin ikinci rübündə region iqtisadiyyatı 0,7 faiz artıb. Gözlənti 0,2 faiz idi. Birinci rübdə iqtisadiyyat 0,5 faiz artmışdı.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 2 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib























