Dövlət Xidməti: “İnternetin keyfiyyətinə biz nəzarət etmirik”
2022-ci ilin 1-ci yarımilliyi ərzində İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə internet xidmətlərinin keyfiyyəti ilə bağlı 44 müraciət daxil olub.
Bu barədə qurumdan məlumat verilib.
Qurumun açıqlamasında deyilir ki, internetin keyfiyyətinə nəzarət etmək səlahiyyəti onlarda deyil, başqa qurumdadır:
“İnternet xidmətlərinin keyfiyyət göstəricilərini müəyyən etmək, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, bu sahədə fəaliyyət göstərən təsərrüfat subyektlərinin xidmətlərinin keyfiyyətinə nəzarət etmək və monitorinqlər aparmaq Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin səlahiyyətində deyil. Bununla əlaqədar olaraq, internet xidmətlərinin keyfiyyəti ilə bağlı Dövlət Xidmətinə daxil olan müraciətlər aidiyyəti üzrə müvafiq dövlət qurumuna göndərilir”.
Qeyd edək ki, son zamanlar Azərbaycanda internet provayderlərinin sayı artır. Həmin provayderlərin bəziləri yalnız bir ərazidə fəaliyyət göstərir. Öz fəaliyyətini genişləndirmək istəyən bəzi şirkətlər isə bazarda inhisarçılığın olmasından narahatdır. Belə ki, yeni tikilən yaşayış kompleksləri yaxud biznes mərkəzlərin sahiblərini özləri yeni provayder qeydiyyatdan keçirərək həmin binada yalnız onun internet xidmətlərindən istifadə edilməsinin mümkün ola biləcəyini şərtini qoyurlar.
Məsələ ilə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib ki, qanunvericilikdə internet provayderlərinin fəaliyyətini tənzimləyən müddəa yoxdur:
"Hazırda milli qanunvericilikdə birbaşa internet provayderlər/operatorların fəaliyyətini tənzimləyən qaydalar mövcud deyil. Lakin nazirlik tərəfindən sahənin təkmilləşdirilməsi məqsədilə müvafiq normativ-hüquqi aktların layihələrinin hazırlanması nəzərdə tutulur. Hazırlanması nəzərdə tutulan layihələr internet idarəçiliyi, xüsusilə də internet provayderlər/operatorların fəaliyyətinin tənzimlənməsi sahəsində mühüm əhəmiyyətə malik olmaqla yanaşı, mövcud problemlərin böyük əksəriyyətinin həll edilməsini təmin edəcək".
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz açıqlamasında bildirmişdi ki, yeni yaşayış binalarının, yaxud biznes mərkəzlərinin istismara təhvil verilməsi zamanı minimum 3 internet təchizatçısı tələbi qoyulmalıdır: "Bu tələbə əməl etməyən tikinti şirkətlərinin əmlakları istismara verilməməlidir".
İllik 13.99%-dən 30 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
10 saat əvvəl
Azərbaycan “Vestas Wind Systems” şirkətilə əməkdaşlıq məsələlərini müzakirə edib
-
-
10 saat əvvəl
Prezident İlham Əliyev “DP World” şirkətinin direktoru ilə görüşüb
-
10 saat əvvəl
Prezident İlham Əliyev Braziliyanın “BTG Pactual” şirkətinin sədri ilə görüşüb
-
15 saat əvvəl
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
- 15 saat əvvəl
-
15 saat əvvəl
İnternetin yüksək, orta və aşağı sürətdə olduğu provayderlər - SİYAHI
-
16 saat əvvəl
Azərbaycanın avtomobil istehsalı sektoru 2025-ci ili tənəzzül ilə başa vurub
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
17 saat əvvəl
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Prezident İlham Əliyev “DP World” şirkətinin direktoru ilə görüşüb
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
Ən çox oxunanlar
Azərbaycanda broyler toyuğu necə yetişdirilır?
Bakıda 3 dərəcə şaxta olacaq
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
İlham Əliyev İsveçrədə səfərdədir
Azərbaycanda doğum azalıb, ölüm artıb



























