Taleh Kazımov barəsindəki ittihamlara cavab verdi
"Yüksək inflyasiyaya baxmayaraq, Mərkəzi Bankın faizləri artırmamasının mənim bank sektrounda çalışmış bir şəxs olmağımla əlaqəsi yoxdur".
Marja.az xəbər verir ki, bunu, Mərkəzi Bankın sədri, "Taleh Kazımov bank sektorundan gəldiyindən Mərkəzi Bank faizləri artırmır" iddialarına münasibət bildirərkən deyib.
"Uçot dərəcəsilə bağlı qərarlar mənim keçmişim ilə bağlı ola bilməz. Bazarda olan yüksək likvidliyi nəzərə alsaq, Mərkəzi Bankın faiz dərəcələrini artırması banklara daha faydalı olacaqdır, çünki sərbəst vəsaitləri yerləşdirib gəlir əldə edə bilərlər. Uçot dərəcəsinin dəyişdirilməməsinin mənim kommersiya bankından gəlməyimlə heç bir əlaqəsi yoxdur", - Kazımov bildirib.
Qeyd edək ki, Mərkəzi Bankın sədri Taleh Kazımov bu vəzifəyə təyin olunanadək "PAŞA Bank" ASC-nin İdarə Heyətinin sədri vəzifəsində çalışıb.
Taleh Kazımovun təyinatından sonra keçirilmiş yığıncaqlarda (29 aprel 2022,17 iyun 2022 və 29 iyul 2022-ci il tarixlərində) faizlərdə dəyişiklik edilməmiş, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 7.75%, faiz dəhlizinin aşağı həddi 6.25%, yuxarı həddi isə 9.25% səviyyəsində saxlanılmışdır. Halbuki, Azərbaycanda illik inflyasiya Mərkəzi Bankın inflyasiya hədəf diapazonunu (2%-6% aralığı) kəskin üstələyib. 2022-ci ilin yanvar-iyun dövründə istehlak qiymətləri indeksi (inflyasiya göstəricisi) 2021-ci ilin yanvar-may aylarına nisbətən 12,9 faiz, cari ilin iyun ayında istehlak qiymətləri indeksi əvvəlki ilin iyun ayına nisbətən 14,2 faiz artıb.
Mərkəzi Bankın İdarə Heyəti bəzi tərəfdaş ölkələrdə milli valyutaların əlavə ucuzlaşması nəticəsində manatın nominal effektiv məzənnəsinin möhkəmlənməsini, iyunda dünya ərzaq qiymətlərinin dinamikasını və təchizat-logistika xərclərini xarakterizə edən göstəricilərin azalmasının inflyasiyaya azaldıcı təsir göstərdiyini nəzərə alaraq faizlərini sabit saxlayıb.
Həmçinin oxu
Mərkəzi Bank faiz qərarını açıqladıMüştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
-
3 d. əvvəl
NEQSOL Holding şirkətləri Azərbaycanda ən iri vergi ödəyiciləri sırasında
-
- 7 d. əvvəl
- 24 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
AccessBank-ın 2026-cı ilin 1-ci rübü üzrə maliyyə vəziyyəti açıqlandı
- 2 saat əvvəl
-
3 saat əvvəl
Kapital Bank güzəştli kreditlərin verilməsinə dair müqavilə imzalayıb
-
3 saat əvvəl
Azərbaycan Kredit Bürosu ilə Çinin Pudao Kredit Bürosu arasında görüş keçirilib
-
3 saat əvvəl
Azərbaycanda orta maaş 5 faizdən çox artaraq 1099,1 manat təşkil edib
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
"AccessBank" 13 milyon manata yaxın xalis mənfəət açıqladı
Aprelin 15-də gözlənilən hava şəraiti
Bank omayan kredit təşkilatı mənfəətdən zərərə keçib
Ən çox oxunanlar
ABB-nin kredit portfeli ilk rübdə 80 milyon manata yaxın artıb
3 ayda Naftalana 9 minə yaxın yerli və xarici turist gəlib
Xalq Bank I rübün yekunlarını açıqladı
Çinin ixracı yavaşlayıb





.jpg)
.jpg)








.jpg)






