ABŞ texniki tənəzzüldə
ABŞ-da ikinci rübün ümumi daxili məhsul məlumatları açıqlandı.
Marja xəbər verir ki, məlumatlar ABŞ iqtisadiyyatının gözlənilmədən mənfi performansda olduğunu göstərib.
Ölkə iqtisadiyyatı ilin ikinci rübündə 0,9 faiz kiçilib. ABŞ iqtisadiyyatı birinci rübdə 1,6 faiz kiçilmişdi. Beləliklə, ölkə iqtisadiyyatı iki rüb ardıcıl kiçilərək texniki tənəzzülə (böhrana) girib.
Bloomberg sorğusuna görə, ümumi daxili məhsulun əvvəlki rüblə müqayisədə 0,4 faiz artdığı təxmin edilirdi.
ABŞ-da iqtisadi fəallıq FED-in faiz artırması səbəbindən yavaşlayır. Mart ayında FED 3 ildən sonra ilk dəfə faiz dərəcələrini artırıb, ardınca faiz artırımı prosesini aqressiv davam etdirib.
FED sədri Jerome Powell, çərşənbə günü verilən qərardan sonra ölkədə tənəzzülün olmadığını bildirib. İqtisadiyyatın tənəzzüldə olduğuna inanmadığını deyən FED sədri, "Tələb hələ də güclüdür və iqtisadiyyat bu il böyüməyə davam etmək yolundadır" deyib.
Bloomberg-in keçirdiyi sorğuda iştirak edən iqtisadçılar növbəti 12 ayda tənəzzül gözləntilərini iyundakı 30 faizdən 47,5 faizə yüksəldiblər.
Bank of America ABŞ-da 2022-ci ilin ikinci yarısında mülayim tənəzzülün başlayacağını proqnozlaşdırıb.
BVF ABŞ iqtisadiyyatı üçün 2022-ci il üçün artım proqnozunu 3,7 faizdən 2,3 faizə endirib.
Tənəzzül, ən azı altı ay ərzində bir ölkənin iqtisadi fəaliyyətinin azalması nəticəsində real ÜDM-in azalmasına və iqtisadi fəaliyyətin durğunluğuna verilən addır. Başqa sözlə, əgər iqtisadiyyat iki rüb ardıcıl azalarsa, o, tənəzzülə girmiş sayılır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 1 saat əvvəl
- 23 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib




















