AccessBank-ın İdarəedici komandası ilə səmimi söhbət
(®) AccessBank-ın İdarəedici komandası ilə 20 illik yubiley ərəfəsində Bankın keçmişi haqqında danışdıq.
-Zəhra xanım (Zəhra Zeynalova, Əməliyyatlar üzrə Baş Direktor), AccessBank-ın 20 illik yubileyi sizin üçün nə deməkdir? Sizcə, bu illər ərzində bankda dəyişməyən nədir?
-Şəxsən mən bu 20 ilin 16-da AccessBank-la birgə olmuşam. Bu illər ərzində dəyişməz qalan isə göstərdiyimiz xidmətin keyfiyyətinin yüksək səviyyəsi, işimizin maksimum şəffaflığı, xidmətlərimizin əhalinin bütün qrupları üçün əlçatanlığıdır. Qürurla deyə bilərəm ki, mikromaliyyə sahəsində ən yaxşı bank ekspertləriyik. Biz çətinliklərin öhdəsindən gəlməyi bacarırıq, çünki Bankımızın gələcək onilliklərdə belə işləmək üçün güclü təməli var.
-Gəlin, son illərin nailiyyətlərindən danışaq.
-Ötən illərdə yaddaqalan dəyişiklərə gəlincə, bu, əlbəttə ki, müştərilərin ehtiyaclarına olan diqqətimiz və işimizdə etdiyimiz dəyişikliklərdir. Bu dəyişikliklər müştərilərin daha sürətli və daha rahat xidmət almasına səbəb olur: bankomatlar və ödəniş terminalları şəbəkəsi yenilənir və genişləndirilir, yeni mobil tətbiq istifadəyə verilir, daxili proseslərin optimallaşdırılması və avtomatlaşdırılması nəticəsində kreditlərin verilməsi proseduru asanlaşdırılır və sürətləndirilir. Müştərilərin ehtiyacları vaxtaşırı təhlil edilir və onlara ehtiyaclarına cavab verən müxtəlif bank məhsulları təklif edilir.
-Təşəkkür edirəm, Zəhra xanım. Renat bəy (Renat Hümbətov, Mikro və KOBM üzrə İcraçı Direktor), Bankın 20 illik yubileyi sizin üçün nə deməkdir? Bu 20 il ərzində bank necə dəyişib?
-AccessBank-da 17 ildir işləyirəm. Bu illər ərzində zamanın necə keçdiyini hiss etmədim, amma eyni zamanda da həmkarlarımla birlikdə necə uzun və maraqlı yol keçdiyimizi düşünürəm. Bu illər ərzində neçə-neçə maraqlı və dəyərli insanla tanış olmuşam, komanda ruhu sayəsində nailiyyətlər əldə etmişəm. Düzdür, çətinliklər də az olmayıb, amma istənilən zaman həmkarlarımın dəstəyini hiss edərək onların öhdəsindən gəlmişəm.
-Bu illər ərzində sizin üçün ən unudulmaz nə oldu?
-Mənim üçün ən yadda qalan Bankda ilk iş illərimdir: fərqli, öyrəşmədiyim demokratik korporativ mühit, inadkar və məqsədyönlü komanda. Məni həmin illərdə xüsusilə 2 şey təəccübləndirirdi. Birincisi o idi ki, yeni və az tanınan bankda bu qədər güclü komanda işləyir. İkincisi, hər kəs, hətta işə yeni başlayan əməkdaş belə Bankın İdarə Heyətinin sədrinə sadəcə adı ilə müraciət edir.
-Zamanı geri qaytara bilsəydiniz, 20 il əvvəlki özünüzə hansı məsləhəti verərdiniz?
-Narahat olma, hər şey yaxşı olacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
- 20 d. əvvəl
-
31 d. əvvəl
Azərbaycandan Ermənistana ixracın həcmi 10 milyon dollara yaxınlaşıb
- 48 d. əvvəl
-
53 d. əvvəl
"Alibaba Group" daha güclü "Zhenwu" süni intellekt çipini və yeni böyük dil modelini təqdim edib
-
1 saat əvvəl
Samsung-un 47 min əməkdaşından tətil qərarı - Şirkətin səhmləri 3 faiz ucuzlaşıb
- 1 saat əvvəl
-
2 saat əvvəl
FOMİNOV CONSULTİNG və Sigma Software Group Azərbaycan üzrə tərəfdaşlığını bəyan edir
-
2 saat əvvəl
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
-
11 saat əvvəl
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının fəaliyyətilə bağlı yeni məlumat
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Rəsmi məzənnələr açıqlandı
Tramp: İranla münaqişə "çox tez" bitə bilər
"Milla Dairy" və Danone strateji əməkdaşlığı genişləndirir
Ən çox oxunanlar
FOMİNOV CONSULTİNG və Sigma Software Group Azərbaycan üzrə tərəfdaşlığını bəyan edir
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
Neft İranla bağlı xəbərlər fonunda ucuzlaşır
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir







.jpg)




.jpg)







