Honq Konq da faiz artırdı
Çinin Honq-Konq Xüsusi İnzibati Bölgəsi ABŞ Federal Ehtiyat Sisteminin (ABŞ Mərkəzi Bankı, FED) faiz dərəcəsini 75 bənd artırmasından sonra ABŞ dollarına bağlı məzənnə rejimi səbəbilə eyni nisbətdə faiz artırıb.
Marja xəbər verir ki, bölgənin faktiki mərkəzi bankı olan Honq Konq Valyuta Qurumunun (HKMA) verdiyi açıqlamada, faiz dərəcəsinin 75 bənd artırılaraq 2,75%ə yüksəldiyi bildirilib.
Fed iyul iclasında faizini 75 faiz bəndi artıraraq 2,25-2,50 faiz aralığına çatdırıb.
Bu artım ABŞ Federal Ehtiyat Sisteminin bu il qəbul etdiyi dördüncü faiz artırımı qərarıdır. FED mart iclasında 25 bənd, may iclasında 50 bənd, iyun iclasında 75 bənd faiz artırmışdır.
1983-cü ildə Honq-Konqun valyutası olan Honq-Konq dolları ABŞ dollarına bağlandığından, bölgə FED-in pul siyasətindəki addımlarını izləyir.
İnflyasiyanın sürətlənməsi FED-ə təzyiqi artırıb
2021-ci ilin son rübündə ABŞ-da Covid-19 epidemiyasından sonra sürətli iqtisadi canlanma ilə yaranan yüksək inflyasiya təzyiqi ilə FED faizini artırmağa başlayıb. Rusiya-Ukrayna müharibəsi, tədarük zəncirindəki problemlər FED-ə təzyiqi daha da artırıb.
İyun ayında ABŞ-da illik inflyasiya 9,1 faizə çatıb ki, bu da 1981-ci ilin noyabrından bəri ən yüksək səviyyədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 6 gün sonra
-
5 saat əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
-
- 5 saat əvvəl
-
5 saat əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər - FOTOLAR
- 7 saat əvvəl
-
8 saat əvvəl
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
- 8 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Bakı Limanında quru yük aşırılması 77% artıb
Ən çox oxunanlar
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
"70 faizədək kompensasiya yerli istehsalçıların xarici bazarlarda rəqabətli qiymətlərlə çıxış etməsinə imkan verəcək"




















