Qlobal bazarlar FED sədrinin açıqlamaları ilə rahatladı - Böhran ilə bağlı fərziyyələri rədd etdi
Dünən axşam FED bu il ikinci dəfə faiz dərəcələrini 75 faiz bəndi artıraraq 2.25% - 2.50% aralığına çatdırdı. Mətbuat konfransında çıxış edən FED sədri Cerom Pauel "heç bir tənəzzül yoxdur" deyib və oxşar ölçüdə (75 faiz bəndi) üçüncü bir qərarın qəbul edilə biləcəyini söyləyib. Pauellin faizin artırılması tempinin müəyyən bir nöqtədə yavaşlayacağına işarə etməsindən sonra birjalar yüksəlib, istiqraz gəlirləri düşüb və dollar ucuzlaşıb. Bəzi iqtisadçılar FED-in inflyasiya ilə mübarizədə etibarını bərpa etdiyi fikrini əsas gətirsələr də, digərləri bazarların çox optimist reaksiya verdiyini düşünür.
ABŞ Mərkəzi Bankının (FED) sədri Cerom Pauellin ABŞ iqtisadiyyatında tənəzzül olmadığını və faizin artırılmasının tempinin nə vaxtsa yavaşlayacağını deməsindən sonra Wall Street indeksləri yüksəlib, ABŞ istiqrazlarının faizləri və dollar ucuzlaşıb. S&P 500 indeksi günü 2,62 faiz, Nasdaq 100 isə 4,26 faiz artımla tamamlayıb.
MArja xəbər verir ki, ABŞ-ın 10 illik istiqrazının gəlirliliyi 9 baz bəndi azalaraq bir müddət 2,72%-dən aşağı düşüb, daha sonra 2,78% ilə bağlanıb. Bloomberg Dollar İndeksi də 0,61% azalaraq 1273-ə düşüb.
Qərardan sonrakı ilk ticarət günündə Asiyada fond indekslərinin əksəriyyəti ABŞ-dakı hərəkətlərdən daha məhdud olsa da, müsbətdir.
FED-in açıqlamalarından sonra neft, qızıl və Bitcoin də bahalaşıb. Brent markalı neftin barel qiyməti 107 dollar, ABŞ xam neftinin barel qiyməti isə 98 dollardan yuxarıdır. Çərşənbə günü qızıl 1 faiz bahalaşaraq bir unsiya üçün 1734 dollara çatıb. Bitkoinin iki günlük bahalaşması 10 faizi keçib.
ABŞ Federal Ehtiyat Sistemi (ABŞ Mərkəzi Bankı) faiz dərəcələrini ard-arda 75 bənd artırarkən, FED sədri Jerome Powell iqtisadiyyatın tənəzzülə uğradığı ilə bağlı fərziyyələri rədd edərək, eyni ölçüdə (75 bənd) daha bir addım ata biləcəklərini söyləyib.
FED-in Federal Açıq Bazar Komitəsi (FOMC) faiz qərarı mətnində “inflyasiyanın 2 faizlik hədəfinə qaytarılmasına qətiyyətlə sadiq qaldığını” və “inflyasiya risklərinə çox diqqətli” olduğunu təkrarlayıb.
Komitə "işə qəbulların son aylarda güclü olduğunu və işsizlik səviyyəsinin aşağı qaldığını" qeyd edib.
Qərar açıqlandıqdan sonra mətbuat konfransı keçirən Pauell növbəti iclasda "qeyri-adi böyük" faiz artımının məqsədəuyğun ola biləcəyini, lakin bunun bu gündən o vaxta qədər olan məlumatlardan asılı olacağını bildirib.
Pauell əlavə edib ki, "Fed müəyyən bir nöqtədə faiz artımını yavaşlatacaq."
İqtisadiyyatın tənəzzüldə olduğuna inanmadığını deyən FED sədri, "Tələb hələ də güclüdür və iqtisadiyyat bu il böyüməyə davam etmək yolundadır" deyib.
Həmçinin oxu
FED faizini bir daha kəskin artırdı
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
4 saat əvvəl
Azərbaycanın alüminium nəhəngi böyüyür - mənfəəti 5,7 dəfə artıb
-
5 saat əvvəl
Əhali tərəfindən Azərbaycana 1.4 milyard dollarlıq məhsul idxal edilib
-
-
5 saat əvvəl
Bu torpaq sahələrinin 1 faizindən artıq olmayan hissəsində tikililər inşa edilə və quraşdırıla bilər
-
5 saat əvvəl
Mahmud Abbas: HAMAS-ın gələcəyi yoxdur, silahı yerə qoymalıdırlar
- 5 saat əvvəl
-
6 saat əvvəl
Avropa bankı Azərbaycanda ilk dəfə istiqraz buraxır - MƏBLƏĞ
- 6 saat əvvəl
-
6 saat əvvəl
Bakı Fond Birjasından "FINCA Azerbaijan"ın istiqrazları ilə bağlı qərar
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
"Ülker" məhsullarının topdan və pərakəndə satıldığı mağaza açılıb
Son Xəbərlər

Azərbaycanın alüminium nəhəngi böyüyür - mənfəəti 5,7 dəfə artıb

Bu torpaq sahələrinin 1 faizindən artıq olmayan hissəsində tikililər inşa edilə və quraşdırıla bilər

“Azkredit"in xalis mənfəəti artıb

Dövlət Qulluğu Məcəlləsi hazırlanacaq

"Ülker" məhsullarının topdan və pərakəndə satıldığı mağaza açılıb
Ən çox oxunanlar

“E-qanun.ai” platformasının təqdimat mərasimi keçirilib

Temperatur enəcək, yağış yağacaq, leysan olacaq - XƏBƏRDARLIQ

"Bu emissiya Bank of Baku-nun güclü imicini ortaya qoydu" - MÜSAHİBƏ

Qatar ilə Gəncə–Mingəçevir–Ağstafa marşrutu üzrə sərnişin daşımalarına başlanılır - QİYMƏTLƏR

Sabahdan Bakı-Ağdam müntəzəm avtobus reysi işə düşəcək - Gediş haqqı qiyməti məlum oldu
