"Avropada hava nəqliyyatı böhranı bir neçə il davam edəcək"
Qatar Airways-dən verilən məlumata görə, nəqliyyatla bağlı vəziyyət hava limanlarında kadr çatışmazlığı səbəbindən mürəkkəbləşib və onu qısa müddətdə həll etmək çətindir.Avropanın hava nəqliyyatı sənayesində koronavirus pandemiyasının nəticələrinin yaratdığı böhran bir neçə il davam edə bilər.
Marja xəbər verir ki, bu barədə çərşənbə axşamı Britaniyanın "Financial Times" qəzeti yazıb.
Qatar Airways-in baş direktoru Əkbər əl-Baker nəşrə verdiyi müsahibədə "Koronavirus pandemiyası sənaye tədarük zəncirlərini pozub, bunun bərpası bir neçə il çəkəcək. Hava nəqliyyatı böhranı sabah bitməyəcək", - deyib.
Avropanın Airbus təyyarə konsorsiumunun rəhbərliyi də oxşar fikir bildirib. Şirkət hesab edir ki, “xammal, komponentlər, ehtiyat hissələri və elektronika təchizatı ilə bağlı problemlər gələn il də davam edəcək”.
Qatar Airways-in məlumatına görə, daşımalarla bağlı böhran vəziyyəti hava limanlarında kadr çatışmazlığı səbəbindən əhəmiyyətli dərəcədə mürəkkəbləşir və bu, qısa müddət ərzində həlli çətindir. Aviaşirkətin baş direktoru aydınlıq gətirib ki, bu problem bütün Avropada “sistemik xarakter daşıyır”.
Bu yay bir sıra zvropa ölkələrində hava nəqliyyatı sahəsində ciddi problemlər yaşanır. Aprelin əvvəlindən Almaniya, Fransa, Böyük Britaniya, İrlandiya və Norveçdə ümumilikdə on minlərlə aviareys ləğv edilib, aviaşirkətlər yüz milyonlarla dollar itkilər qeydə alıb, KİV-lər isə hava limanlarında uzun gecikmələr və növbələrin olduğunu bildirirlər. Böhranın əsas səbəbi, koronavirus pandemiyası zamanı on minlərlə işçinin ixtisar edildiyi sənayedə işçilərin çatışmazlığıdır. Vəziyyət Avropada maaşların artırılması və iş şəraitinin yaxşılaşdırılmasını tələb edən hava limanı personalının və təyyarə heyətlərinin davam edən tətilləri ilə mürəkkəbləşib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 21 saat əvvəl
- 23 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb






















