"Dollar dünyada getdikcə öz mövqelərini itirir"
"Dollar dünyada getdikcə öz mövqelərini itirir, artıq de-dollarizasiya prosesinə start verilib və onu dayandırmaq mümkün olmayacaq".
Marja xəbər verir ki, bu fikri çərşənbə axşamı Dövlət Dumasının spikeri Vyaçeslav Volodin özünün Teleqram kanalında bildirib.
"Bütün dünyada de-dollarizasiya prosesinin başlandığı və onu dayandırmaq mümkün olmadığı göz qabağındadır", - Volodin vurğulayıb.
O, ABŞ valyutasının zəifləməsinin beş səbəbini sadalayıb.
Volodin vurğulayıb ki, dollar real mallar və resurslarla dəstəklənmir. "ABŞ Bretton-Vuds sazişindən çıxdıqdan sonra dollar artıq qızıla bağlanmadı. Amerika mətbəəsi heç nə ilə məhdudlaşdırılmır. ABŞ-ın nəhəng dövlət borcu və Baydenin rekord inflyasiyası buna görədir", - Volodin bildirib.
Bundan əlavə, Amerika valyutası "siyasi mübarizə aləti kimi" istifadə olunur. "Qeyri-qanuni sanksiyalar: ödənişlərin həyata keçirilməsinə məhdudiyyətlər, qızıl-valyuta ehtiyatlarının oğurlanması - bütün bunlar digər dövlətlərə onların pullarının təhlükəsiz olacağına inam yaratmır", - Dövlət Dumasının spikeri bildirib.
ABŞ dollarının ucuzlaşmasının digər səbəbi isə geosiyasi mahiyyətin dəyişməsi olub. Xüsusilə, Volodin vurğulayıb ki, birqütblü model uğursuzdur: "Dünyada çoxqütblüliyə tələbat var. Nəticədə dollara alternativ yaranıb. Bunun sübutu milli valyutalarda qarşılıqlı hesablaşmaların artmasıdır", - Volodin bildirib.
O, həmçinin əlavə edib ki, ABŞ dollarının zəifləməsi Vaşinqtonun “öz səhvlərini etiraf etmək və onların üzərində işləmək” istəməməsinin nəticəsidir.
Dövlət Dumasının spikeri beşinci səbəb kimi tarixin tsiklik xarakterini göstərib. "Hər bir dünya valyutasının öz dövrü var - təxminən 100 il. Portuqal realını ispan valyutası əvəz etdi. Sonra Hollandiya gulderası, Fransa frankı, Britaniya funtu və Amerika dolları ardıcıl olaraq dominantlıq etdi”, - deyə Volodin vurğulayıb. Onun fikrincə, bu gün avro çətin ki, dolları əvəz etsin, əksinə, dollar əvəz edəcək valyuta suveren iqtisadiyyata malik dövlətlərin valyutası ola bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 21 saat əvvəl
- 23 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb




















