Ən yuxarı (mobil)_30

Jurnalistlər arasında keçirilən Zəfər Kubokunun qalibləri məlum olub

iç səhifə xəbər başlığı altı (mobil)_31
Jurnalistlər arasında keçirilən Zəfər Kubokunun qalibləri məlum olub
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

22 iyul - Milli Mətbuat Günü münasibətilə Avrora Qrup, İdman Araşdırmalar Mərkəzi və Azərbaycan Voleybol Federasiyasının birgə təşkilatçılığı ilə jurnalistlər arasında keçirilən voleybol üzrə Zəfər Kubokunun finalçıları məlum olub.

Finalda jurnalistlərdən ibarət “Şuşa” və “Kəlbəcər” komandası qarşı-qarşıya gəlib. Dərnəgül Voleybol Mərkəzində keçirilən final oyunu üç setdən ibarət olub. Qarşılaşma 2:1 hesabı ilə “Şuşa” komandasının zəfəri ilə yekunlaşıb.

Turnirin finalçılarına Zəfər Kuboku, pul mükafatı, diplomlar və sponsor tərəfindən hədiyyələr təqdim edilib. Bundan başqa, turnirin ən yaxşı voleybolçusu "Şuşa" komandasının üzvü İsgəndər İbrahimə pul mükafatı  və sertifikat təqdim olunub.

Qeyd edək ki, tədbirdə Voleybol Federasiyasının I vitse- prezidenti Faiq Qarayev, Gənclər və idman Nazirliyinin sektor müdiri Fikrət Hüseynov, “Azərreyl”in sabiq oyunçusu və Voleybol Federasiyasının mətbuat xidmətinin rəhbəri Şəfəq Kərimova, Vətən müharibəsi iştirakçısı və qazisi polkovnik-leytenant Vüsal Nağıyev də iştirak edib.

25.07.2022 09:51
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18