"Avropa ölkələri bu qışda ciddi çətinliklərlə üzləşəcəklər"
Fatih Birol hesab edir ki, Avropa ölkələri qaz istehlakını ən azı 15% azaltmalıdırlar.Avropa ölkələri bu qışda qaz istehlakını ən azı 15% azaltmasalar, ciddi çətinliklərlə üzləşəcəklər.
Marja xəbər verir ki, bunu Beynəlxalq Enerji Agentliyinin (IEA) rəhbəri Fatih Birol cümə axşamı "Foreign Policy" jurnalına müsahibəsində deyib.
“Rəqəmlərə nəzər salsanız, Avropada qaz istehlakı əhəmiyyətli dərəcədə azaldılmalıdır. Əks halda Avropanın bu qışdan sağ çıxması son dərəcə çətin olacaq”, - o deyib.
Birol ümid edir ki, “qaz istehlakının könüllü şəkildə 15% azaldılması bu qışdan sağ çıxmağa kifayət edəcək”.
Fatih Birol, Avropa ölkələrini, hətta indiki şəraitdə belə, iqlim dəyişikliyinin təsirləri ilə mübarizədə məqsədlərinə çatmaq üçün kömürdən imtina etməyə çağırıb.
Birol daha əvvəl bildirmişdi ki, Avropa qaz istehlakını 12 milyard kubmetr azaltmalıdır. Bu mayeləşdirilmiş təbii qazla 130 tankerə bərabərdir.
Bazar ertəsi Financial Times xəbər verib ki, Avropa Komissiyası yaxın günlərdə Avropa İttifaqına üzv dövlətlərə qaz istehlakını azaltmaq üçün könüllü hədəflərin qəbulunu təklif edəcək və bu, tədarükdə böyük fasilə yaranacağı təqdirdə məcburi hala gələ bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 1 saat əvvəl
- 23 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
























