Ukrayna valyutasını devalvasiya etdi
Ukrayna Milli Bank valyuta ehtiyatlarını qorumaq üçün müharibə başlayandan bəri 29,25-də sabit saxladığı dollar/qrivna məzənnəsini 36,5686-ya qaldıraraq valyutanı devalvasiya edib.Ukrayna Milli Bank Rusiyanın işğalının iqtisadiyyata ağır zərbə vurduğu bir şəraitdə valyuta ehtiyatlarını qorumaq üçün rəsmi valyuta olan qrivnanı devalvasiya edib.
Marja xəbər verir ki, Bankın cümə axşamı yaydığı açıqlamaya görə, dollar/qrivna məzənnəsi 5 ay ərzində sabit olduğu 29,25 qrivnadan 36,5686 qrivnaya yüksəldilib.
Beləliklə, qrivna dollar qarşısında təxminən 25% ucuzlaşdırılıb.
Ukrayna Milli Bankı qeyd edib ki, bu addım Ukrayna istehsalçılarının rəqabət qabiliyyətini artıracaq və müharibə zamanı iqtisadiyyatın dayanıqlığını dəstəkləyəcək.
"Müharibənin əvvəlində bir ABŞ dollarının 29,25 qrivna səviyyəsində müəyyən edilməsi maliyyə sisteminin stabil fəaliyyətini təmin etməyə kömək etdi. Müharibə təxminən beş aya yaxındır davam edir ki, bu müddət ərzində bizim və dünya iqtisadiyyatında mühüm dəyişikliklər baş verib. Belə bir şəraitdə qrivnanın fevralın 24-də olan rəsmi məzənnəsi artıq reallığa uyğun gəlmir və get-gedə qrivnanın valyuta məzənnəsi rolunu itirir. Bunu nəzərə alaraq, Milli Bank rəsmi məzənnəni korreksiya edir və məzənnəni 36,5686 UAH/ABŞ dolları səviyyəsində müəyyən olunur”, - Ukrayna Milli Bankının rəhbəri Kirilo Şevçenko bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
7 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
11 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)










.jpg)


