Avronun taleyinin həll olunacağı gün
Tənəzzül təhlükəsi fonunda toplanacaq Avropa Mərkəzi Bankının (AMB) faiz artırmağa başlayacağı gözlənilir.
Avronun taleyini formalaşdıracaq tarixi faiz qərarı bu gün açıqlanacaq. Marja xəbər verir ki, Avropa Mərkəzi Bankının 25 faiz bəndi faiz artıracağı, depozit faizini mənfi 0,50%-dən mənfi 0,25%-ə dəyişəcəyi proqnozlaşdırılır.
Avropa Mərkəzi Bankı 50 bənd faiz artırarsa Avro daha çox bahalaşa bilər.
ECB-nin faiz qərarından əvvəl 1,027 ilə ən yüksək səviyyəsini görən Avro/dollar məzənnəsi bu dəqiqələrdə1,02 dollar səviyyəsindədir.
Ötən həftə Avro/dollar məzənnə 1 səviyyəsindən aşağı düşmüşdü. Digər qlobal mərkəzi bankların faiz artırmasına baxmayaraq Avropa Mərkəzi Bankının faizlərində dəyişiklik etməməsi Avronun kəskin ucuzlaşmasına səbəb olub. Eyni zamanda, sürətlənən inflyasiya Avropa Mərkəzi Bankını faiz arırmağa məcbur edir.
Bakı vaxtı ilə saat 16:45-də AMB sədrinin mətbuat konfransı başlayacaq.
Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitiklərinə görə, Avropa Mərkəzi Bankının açıqlayacağı faiz qərarı, eləcə də sədr K.Laqardın bankın gələcək vizionu ilə bağlı verəcəyi açıqlamar avro və funtda cari ticarət həftəsində müşahidə olunan artım tendensiyasının davamlılığına ciddi təsir edə bilər. AMB tərəfindən sürpriz faiz qərarı verilərsə, bu, EUR/USD və GBP/USD cütlüklərindəki artımların uzunmüddətli olmasına səbəb ola bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 21 saat əvvəl
- 23 saat əvvəl
- 23 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb






















