Şirkətlər xərclərinə yenidən baxır, işə qəbulları dayandırırlar
Apple-ın ardınca Microsoft və Google da işə qəbulu məhdudlaşdırmaq qərarına gəlib. Google növbəti iki həftə ərzində işə qəbula fasilə verəcək, Microsoft isə vakansiyalarını ləğv edəcək.Yeni işçi qəbulunu dayandıran ABŞ texnologiya nəhənglərinə yeniləri qoşulur.
Marja xəbər verir ki, Apple-ın qlobal bazarlarda sensasiya yaradan işə qəbulu yavaşlatmaq planından sonra, Microsoft və Google da oxşar qərarlar qəbul ediblər.
Microsoft aktiv iş elanlarını ləğv edəcək, Google isə növbəti iki həftə ərzində işə qəbula fasilə verəcəyini açıqlayıb.
Başqa bir texnologiya şirkəti Lyft bir departamentini bağlayacaq və işçilərin sayını azaldacaq.
ABŞ-da böhran olacağına dair narahatlıqlar şirkətləri xərclərinə yenidən baxmağa vadar edir.
Apple potensial iqtisadi yavaşlama ilə mübarizə aparmaq üçün gələn il bəzi bölmələrində işə qəbulu və xərclərin artımasını yavaşlatmağı planlaşdırır.
Oxşar xəbərlər maliyyə cəbhəsindən də gəlib. "Goldman Sachs"ın Maliyyə direktoru Denis Coleman deyib: “Çətin əməliyyat mühitini nəzərə alaraq, gələcək bütün xərcləri və investisiya planlarımızı yenidən nəzərdən keçiririk. Nəticədə biz əməliyyat səmərəliliyimizi artırmaq üçün bir sıra tədbirlər görürük. Konkret olaraq, işə götürmə sürətini yavaşlatmaq və gələcəkdə müəyyən peşəkar xidmətlər üçün ödənişləri azaltmaq qərarına gəlmişik".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 21 saat əvvəl
- 23 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb























