Tesla-nın gəliri ikinci rübdə 42% artıb
ABŞ-ın elektrik avtomobili (elektromobil) istehsalçısı Tesla-nın gəliri bu ilin ikinci rübündə keçən ilin eyni dövrü ilə müqayisədə 42 faiz artaraq 16,9 milyard dollara çatıb.Tesla 2022-ci ilin ikinci rübü üzrə balans hesabatını açıqlayıb.
Marja xəbər verir ki, şirkətin gəliri bu ilin ikinci rübündə keçən ilin eyni dövrü ilə müqayisədə 42% artaraq 16,9 milyard dollar təşkil edib. Tesla ötən ilin ikinci rübündə 11,9 milyard dollar gəlir əldə etmişdi.
Şirkətin gəlirləri ikinci rübdə ilin birinci rübü ilə müqayisədə 10 faiz azalıb. Tesla birinci rübdə 18,8 milyard dollar gəlir əldə etmişdi.
Elektromobil istehsalçısının xalis mənfəəti bu ilin ikinci rübündə 2,6 milyard dollar təşkil edib. Bu dövrdə Teslanın mənfəətinin artım tempinin yavaşladığı müşahidə edilib. Şirkətin mənfəəti bu ilin birinci rübündə rekord həddə - 3,7 milyard dollar təşkil etmişdi.
Tesla aprel-iyun dövründə dünya üzrə 254 min 695 avtomobil tədarük edib.
Şirkət yaydığı açıqlamada, Şanxayda məhdud istehsal və dayanmalar da daxil olmaqla, ikinci rübün çox hissəsində müəyyən çətinliklərlə üzləşməsinə baxmayaraq irəliləyişin davam etdiyi qeyd edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 21 saat əvvəl
- 23 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb





















