BVF xəbərdarlıq edir və təcili tədbirlər görməyə çağırır
Beynəlxalq Valyuta Fondunun (BVF) rəhbəri Kristalina Georgiyeva xəbərdarlıq edib ki, inflyasiya daimi olarsa, qlobal iqtisadi mənzərə daha da pisləşə bilər. Dövlətlər inflyasiya ilə mübarizə üçün təcili tədbirlər görməlidirlər.
Marja xəbər verir ki, Georgieva G20 Maliyyə Nazirləri və Mərkəzi Bank Rəhbərləri Toplantısındakı çıxışında iqtisadi perspektivlə bağlı qiymətləndirmələr edib.
Qlobal iqtisadi mənzərənin parlaq olmadığını ifadə edən Georgieva, "Qeyri-müəyyənlik son dərəcə yüksəkdir. BVF-nin daha əvvəl xəbərdar etdiyi aşağı istiqamətli risklər artıq realdır",- deyib. Georgiyeva inflyasiya ilə mübarizə aparmaq üçün hakimiyyət orqanlarını təcili tədbirlər görməyə çağırıb.
Georgieva bəyan edib ki, Ukraynada müharibə güclənib, əmtəə və ərzaq qiymətlərinə əlavə təzyiqlər yaradıb.
Qlobal maliyyə şərtlərinin gözlənildiyindən daha çox sərtləşdiyinə diqqət çəkən Georgieva, davam edən pandemiya ilə bağlı fasilələrin və qlobal təchizat zəncirlərində çətinliklərin iqtisadi fəaliyyətə təzyiq göstərdiyini qeyd edib.
Aşağı yönlü risklərin davam edəcəyini və dərinləşə biləcəyini qeyd edən Georgieva, inflyasiyanın daha davamlı olacağı təqdirdə, xüsusilə inkişaf etməkdə olan ölkələrdə potensial olaraq iqtisadi artıma daha güclü mənfi təsir edə biləcəyini söyləyib.
Ölkələrin inflyasiyanı azaltmaq üçün əllərindən gələni etməli olduqlarını vurğulayan Georgieva, inflyasiyanın azalmamasının bərpa prosesini riskə atacağını və həssas insanların həyat standartlarına daha çox zərər verə biləcəyini bildirib.
Georgiyeva qeyd edib ki, fiskal siyasət mərkəzi bankların inflyasiyaya nəzarət etmək səylərinə mane deyil, kömək etməlidir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 21 saat əvvəl
- 23 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb





















