Ötən həftə kəskin ucuzlaşan neft yeni həftəyə bahalaşma ilə başlayıb
Ötən həftə qlobal iqtisadiyyatda tənəzzül və dolların bahalaşması ilə bağlı narahatlıqlardan sonra kəskin ucuzlaşan neft, yeni həftəyə bahalaşma ilə başlayıb.
Marja xəbər verir ki, ABŞ xam nefti 98 dolların üzərində ticarət edildiyi halda, Brent markalı neft 102 dollar səviyyəsinə çatıb.
ABŞ xam nefti keçən həftə 7 faizə qədər ucuzlaşıb.
Neft bazarında diqqət ABŞ prezidenti Co Baydenin Səudiyyə Ərəbistanına səfərinə yönəlib.
Bayden və 9 ərəb ölkəsinin liderlərinin iştirakı ilə keçirilən Ciddə Təhlükəsizlik və İnkişaf Sammitində ev sahibi Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Bin Salman ölkəsinin neft hasilatı gücünü gündəlik 13 milyon barrelə çatdıracaqlarını təkrarlayıb.
Vəliəhd neft hasilatını gündə 13 milyon barrelə çatdırmaq planının cədvəlini açıqlamasa da, Səudiyyə Ərəbistanının energetika naziri Əbdüləziz bin Salman may ayında verdiyi açıqlamada 2027-ci ilə qədər bu hədəfə işarə edib. Səudiyyə Ərəbistanının energetika naziri bu müddət ərzində neft hasilatını 1 milyon bareldən çox artıraraq 13 milyon barrelə çatdırmağı hədəflədiklərini bildirib.
Baydenin səfərindən sonra ABŞ-ın enerji məsələləri üzrə xüsusi nümayəndəsi Amos Hochstein Körfəz ölkələrinin hasilatı daha da artıracağına əmin olduqlarını bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 21 saat əvvəl
- 23 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb























