Dünya Bankı: İdxala qoyulan məhdudiyyətlər qlobal buğda qiymətlərini 9% artırıb
Buğda ixracına 22 ölkənin məhdudiyyətlər tətbiq etməsi taxıl qiymətini iyunun əvvəlinə 9% artırıb.
Bu barədə Dünya Bankının (DB) araşdırmasında bildirilib.
Məlumata görə, əsas istehsalçı ölkələrdə əlverişsiz hava şəraiti, COVID-19-un səbəb olduğu tənəzzüldən sonra sürətli iqtisadiyyatların bərpası, enerji və gübrələrin qiymətini artırıb. Bununla yanaşı, Ukraynadakı müharibə buğda qiymətlərindəki artımı sürətləndirib.
Belə ki, müharibə dünyanın ən böyük ərzaq tədarükçülərindən biri olan Ukraynadan yüklərin daşınmasını ciddi şəkildə pozub. Qeyd olunub ki, mart ayından etibarən dünyanın ikinci ən böyük buğda ixracatçısı olan Rusiya buğda və digər taxılların ixracına müvəqqəti qadağa qoyub. Daha sonra Qazaxıstan və Türkiyə yeni məhdudiyyətlər tətbiq etməyə başlayıb. Ümumilikdə tətbiq edilən məhdudiyyətlər dünya taxıl ticarətinin 21 faizini əhatə edib.
"Ticarət məhdudiyyətlərindən ən çox zərər çəkən Afrika, Asiya, Latın Amerikası və Yaxın Şərqin inkişaf etməkdə olan ölkələri olub. DB-dən bildirilib ki, Banqladeşin istehlak etdiyi buğdanın 41%-ni, Konqo Respublikası 67%-ni, Livan üçün isə 86%-ni idxal edir. Yaxın dövrdə alternativ təchizatçıların olmaması və artan qiymətlər idxaldan kəskin asılı olan bu ölkələrin əhalisi üçün ciddi çətinliklər yarada bilər", - deyə DB araşdırmasında qeyd edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 21 saat əvvəl
- 23 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb





















