Bu dövlət Rusiya qazından imtina etmək üçün Azərbaycan ilə danışıqlar aparır
Serbiya 2023-cü ildə tələb olunan qaz miqdarının 40%-ə qədərini Rusiyadan deyil, digər təchizatçılardan ala biləcək.
Marja.az Tass-a istinadən xəbər verir ki, bu sözləri cümə axşamı günü baş nazirin müavini, respublikanın mədən və energetika naziri Zorana Mixayloviç "Happy" kanalına müsahibəsində deyib.
"Gələn il biz qazın ən azı 30-40%-ni digər tədarükçülərdən ala biləcəyik və biz artıq Azərbaycanın Energetika Nazirliyi ilə danışıqlar aparırıq", - Mixayloviç bildirib.
Onun sözlərinə görə, Serbiya 2023-cü ilin sentyabrında Niş-Dimitrovqrad qaz kəmərinin tikintisini başa çatdıracaq, bu kəmər vasitəsilə Serbiyaya digər təchizatçılardan, ilk növbədə Azərbaycandan və Yunanıstandakı LNG terminalından qaz nəql oluna bilər. Mixayloviç vurğulayıb ki, hazırda dövlət kifayət qədər qazın verilməsi üçün hər şeyi edir.
Bundan əvvəl ABŞ hakimiyyəti Serbiyanı Rusiya qazına alternativ axtarmağa çağırmışdı.
Mayın 29-da Serbiya prezidenti Aleksandr Vuçiç Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı zamanı qaz müqaviləsinin əsas məsələlərini razılaşdırdığını bildirib. Onun sözlərinə görə, müqavilə 3 il müddətinə imzalanacaq, qazın qiyməti 1000 kubmetr üçün 310-408 dollar civarında olmalıdır. Vuçiç qeyd edib ki, bu qiymət Avropada ən yaxşı qiymətdir, lakin daha 800 milyon kubmetr qazın alınması məsələsi açıq qalıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 22 saat əvvəl
- 23 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb






















