Neft qiymətləri düşməkdə davam edir
Brent nefti FED-in yüksək inflyasiya səbəbindən faizləri daha aqressiv şəkildə artıracağına dair narahatlıqlar səbəbindən kəskin ucuzlaşıb.ABŞ-da yüksək neft qiymətləri istehlakı azaldıb, tələb keçən həftə 1996-cı ildən bəri ən aşağı səviyyəyə düşüb.
Marja xəbər verir ki, yüksək enerji xərcləri və son 40 ildə ən yüksək həddə çatan inflyasiya ABŞ-da bir nömrəli gündəmdir. ABŞ prezidenti Co Bayden bir neçə dəfə OPEC-i qiymətləri aşağı salmaq üçün daha çox neft istehsal etməyə çağırıb. Bayden bu mövzuda bu həftə Yaxın Şərqdə danışıqlar aparacaq.
Analitiklər neftə tələbin zəifləməyə başladığını bildirirlər. Bazarlar ABŞ prezidenti Co Baydenin Yaxın Şərqə səfərinə fokuslanıb. Neft təklifində (hasilatında) artım olacağı xəbəri qiymətləri daha da aşağı sala bilər.
Neft FED-in yüksək inflyasiya səbəbindən faizləri daha aqressiv şəkildə artıracağına dair narahatlıqlar səbəbindən də ucuzlaşır.
Bakı vaxtıı ilə saat 13:45-ə olan məlumata görə, Brent nefti 2,3% ucuzlaşma ilə 97,28 dollardan, Qərpi Texas nefti isə 2,8% ucuzlaşma ilə 93,58 dollardan ticarət olunub. Brent markalı neftin qiyməti mart ayından bəri ən aşağı səviyyəyə düşüb.
Brent markalı neft iyunda çatdığı ən yüksək səviyyəsindən 20 faiz ucuzlaşıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 19 saat əvvəl
- 21 saat əvvəl
- 21 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb






















