Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

SOCAR-ın gəlirləri Türkiyədə 2,3 dəfə, İsveçrədə isə 46%-dən çox artıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
SOCAR-ın gəlirləri Türkiyədə 2,3 dəfə, İsveçrədə isə 46%-dən çox artıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2021-ci ildə SOCAR Türkiyədəki əməliyyatlardan 17 milyard 567 milyon manat gəlir əldə edib ki, bu da 2020-ci ilin göstəricisindən 2,3 dəfə çoxdur.

Şirkətin 2021-ci il üzrə birləşdirilmiş maliyyə hesabatına əsasən, SOCAR-ın ötən il ərzində bütün gəlirlərinin 22,7%-i Türkiyədəki əməliyyatların payına düşüb.

Reklam_3_11

Şirkət 2021-ci ildə gəlirinin böyük hissəsini İsveçrədəki fəaliyyətindən əldə edib. Bu məbləğ 44 milyard 625 milyon manat və ya şirkətin ümumi gəlirlərinin 57,6%-ni (artım 46,4%) təşkil edib.

2021-ci ildə SOCAR Azərbaycandakı əməliyyatlardan 7 milyard 804 milyon manat (artım 23,7%), BƏƏ-dəki əməliyyatlardan 2 milyard 937 milyon manat (artım 32,1%), Gürcüstandakı əməliyyatlardan 1 milyard 240 milyon manat (artım 18,7%), digər ölkələrdəki əməliyyatlardan isə 3 milyard 358 milyon manat (artım 1,7 dəfə) gəlir əldə edib.

2021-ci ildə SOCAR-ın satışdan gəlirləri 77 milyard 531 milyon manat (artım 56,3%) təşkil edib.

Hazırda “SOCAR Turkey Enerji” “Petkim Petrokimya Holding”in nəzarət səhm paketinin (51%) sahibidir. Türkiyədə STAR neft emalı zavodu, konteyner terminalı və elektrik stansiyası inşa etmiş şirkət daxili bazara qaz və neft məhsulları da tədarük edir.

SOCAR İsveçrədə SOCAR brendi altnda yanacaqdoldurma məntəqələri şəbəkəsi açmaqla neft məhsullarının pərakəndə satışı sahəsində fəaliyyət göstərir. SOCAR-ın “Esso Ecco Schweiz GmbH” şirkətinin səhmlərini əldə etməsinə dair saziş 2011-ci il noyabrın 16-da Sürixdə imzalanıb. “Esso Ecco Schweiz GmbH” şirkətinin səhmləri SOCAR-a  330 milyon dollara başa gəlib.

Bundan başqa, “SOCAR Trading” ticarət şirkətinin mənzil-qərargahı Sürixdə yerləşir. 

08.07.2022 10:27

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18