SOCAR və “Özbəkneftqaz” Azərbaycanda birgə hasilat imkanlarını araşdırır
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və “Özbəkneftqaz” şirkəti Azərbaycanda karbohidrogenlərin birgə kəşfiyyatı və hasilatı imkanlarını öyrənir.
Özbəkistanın Energetika Nazirliyinin yaydığı məlumata görə, iyulun 5-də SOCAR nümayəndələri ilə keçirilən görüşdə qarşılıqlı faydalı əməkdaşlığın bir sıra istiqamətləri müzakirə olunub.
Tərəflər xüsusilə təcrübə mübadiləsi və kadr hazırlığı sahəsində fəal əməkdaşlıq edirlər.
Belə ki, 2021-ci ilin sentyabr ayında “Özbəkneftqaz”ın mütəxəssislərinin Azərbaycana işgüzar səfəri zamanı SOCAR-ın proqram modullarının mərhələli tətbiqi ilə resursların idarə edilməsi sistemini, dispetçer idarəetmə sistemini, işlərin avtomatlaşdırılması, istehsal proseslərinin monitorinqi və nəzarəti sahəsində həlləri öyrəniblər.
Hazırda karbohidrogenlərin qabaqcıl emalı sahəsində təlimlərin təşkili məqsədilə SOCAR mütəxəssislərinin “Özbəkneftqaz”ın qaz-kimya komplekslərinə səfəri planlaşdırılır.
Görüş zamanı SOCAR nümayəndələri “Özbəkneftqaz”ın 10 mütəxəssisini şirkətin müəssisələrində ixtisasartırma kurslarına qəbul etməyə və 2 əməkdaşın SOCAR Ali Məktəbinin magistratura pilləsində təhsil alması üçün təqaüd ayırmağa hazır olduqlarını bəyan ediblər.
Müzakirələr zamanı Dubayda hər iki tərəfə yeni bazarlara daha fəal çıxmağa imkan verəcək treyding evinin açılması üzrə işlərin intensivləşdirilməsi barədə razılıq əldə olunub.
Dövlət-özəl tərəfdaşlıq əsasında bərpa olunan enerjinin istehsalı üzrə iri layihələrin hazırlanması və həyata keçirilməsində SOCAR ilə təcrübə mübadiləsinin yaradılması, habelə müvafiq tenderlərin keçirilməsi barədə qərarlar qəbul edilib.
İllik 14.5%-dən 30 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
5 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir




















