Avropada qazın qiyməti 1900 dollara yaxınlaşıb
Avropada qazın qiyməti cümə axşamı birjada hər 1000 kubmetr üçün 1900 dollara yaxınlaşıb.
Avqust fyuçerslərinin qiyməti 1000 kubmetr üçün 1889,7 dollara qədər artıb.
Ümumilikdə qazın qiyməti ticarətə başlayandan təxminən 5% artıb.
XXX
Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 1 800 ABŞ dollarını ötüb.
6 iyul tarixində Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın "Title Transfer Facility"də (TTF) avqust fyuçerslərinin qiyməti 1 840 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti ilə müqayisədə 4,7% çoxdur.
Xatırladaq ki, bu ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.
Avropa öz yeraltı qaz anbarını 60% doldurub
Avropa şirkətləri qarşıdan gələn qışa hazırlaşmağa davam edir və artıq yeraltı qaz anbarlarını orta hesabla 60% doldurublar.
Bu barədə "Gas Infrastructure Europe" Assosiasiyasının (Avropanın qazın nəqli sistemləri operatorları assosiasiyası) açıqlamasında deyilir.
Belə ki, 6 iyul tarixinə olan məlumata görə, yeraltı anbarların orta doluluq səviyyəsi 60,15%-ə çatıb.
Qeyd olunur ki, hazırda Avropanın yeraltı qaz anbarlarında olan ümumi qazın həcmi 65 mlrd. kubmetr təşkil edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 19 saat əvvəl
- 21 saat əvvəl
- 22 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb





















