Azərbaycan və Türkmənistan enerji nəqlinin şaxələndirilməsi məsələlərini müzakirə ediblər
Türkmənistanın xarici işlər naziri Rəşid Meredov çərşənbə günü Aşqabadda Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovun başçılıq etdiyi nümayəndə heyəti ilə enerji sektorunda əməkdaşlıq məsələlərini müzakirə edib. Marja xəbər verir ki, bu barədə Türkmənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Energetika sahəsində ikitərəfli əməkdaşlığın qurulmasının, enerji daşıyıcılarının beynəlxalq bazarlara çatdırılması sxemlərinin şaxələndirilməsinin vacibliyi vurğulanıb”, - nazirlikdən bildirilib.
Türkmənistan Xarici İşlər Nazirliyi 2021-ci ilin yanvarında iki ölkə hökumətləri arasında Xəzər dənizində “Dostluq” karbohidrogen yatağının birgə kəşfiyyatı, işlənməsi və hasilatına dair imzalanmış anlaşma memorandumunu xatırladıb. "Bununla əlaqədar Türkmənistan tərəfi əməkdaşlığın bir neçə enerji sahəsi üzrə ikitərəfli məsləhətləşmələri davam etdirməyə hazır olduğunu bildirib", - XİN-dən bildiriblər.
Ölkənin Xarici İşlər Nazirliyi qeyd edib ki, danışıqlar zamanı hər iki tərəf mövcud potensialı nəzərə alaraq əməkdaşlığı davam etdirməyə hazır olduqlarını bəyan ediblər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
12 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir















.jpg)


.jpg)



