Rusiya Qazaxıstanın Avropaya neft ixrac edən əsas terminalını bağlayıb
Rusiyanın Novorossiysk şəhərinin Primorski rayon məhkəməsinin qərarı ilə Xəzər Boru Kəməri Konsorsiumu Rostransnadzor tərəfindən müəyyən edilmiş pozuntuların aradan qaldırılması üçün dəniz terminalının fəaliyyətini 30 gün müddətinə dayandıracaq.
Konsorsiumun yaydığı xəbərə görə, Xəzər Boru Kəməri Konsorsiumunun təhlükəli istehsalat obyektlərinin texniki vəziyyətinin və onların istismarı zamanı ekoloji tələblərə uyğunluğunun qiymətləndirilməsi məqsədilə mart ayında Baş nazirin müavini Viktoriya Abramçenkonun təşəbbüsü ilə keçirilən auditin nəticəsi olaraq Rostransnadzor bir sıra sənədli pozuntular aşkarlayıb.
İyunun 6-da aşkar edilmiş pozuntuların aradan qaldırılması üçün konsorsiuma əmr verilib, İnzibati Xətalar Məcəlləsinin 14.1.2-ci maddəsinin 4-cü hissəsi (lisenziyada nəzərdə tutulmuş şərtləri kobud şəkildə pozmaqla nəqliyyat sahəsində sahibkarlıq fəaliyyətini həyata keçirmə) ilə inzibati xəta haqqında protokol tərtib edilib.
“Əmrin icra müddətinin 30 noyabr 2022-ci ildə başa çatacağına baxmayaraq, Rostransnadzor Krasnodar diyarının Novorossiysk şəhərinin Primorski rayon məhkəməsinə terminalın birbaşa olaraq fəaliyyətini 90 gün müddətinə dayandırmaq niyyəti ilə müraciət edib. 5 iyul tarixli məhkəmə iclasında terminalın fəaliyyətinin dayandırılmasına etiraz etmək üçün işə baxılmasının təxirə salınması ilə bağlı Xəzər Boru Kəməri Konsorsimunun vəsatətini məhkəmə təmin etməyib. Məhkəmənin qərarı Rostransnadzorun tələbləri qismən təmin edilib, Xəzər Boru Kəməri Konsorsiumunun fəaliyyəti 30 gün müddətinə dayandırılıb", - deyə konsorsiumun bəyanatında bildirilib.
Qeyd edək ki, Xəzər Boru Kəməri Konsorsiumu Qazaxıstan neftinin əsas ixrac marşrutudur və boru kəməri ilə nəql olunan neftin həcmininin 80%-dən çoxunu təşkil edir. Kəmərin gücü ildə 67 milyon ton neftdir.
İllik 14.5%-dən 30 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 21 saat əvvəl
- 23 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb





















