Bu il neft 65 dollaradək düşə bilər - Qlobal bankdan xəbərdarlıq
Citigroup neftin qiymətinin 65 dollar/barelədək düşəcəyi barədə xəbərdarlıq edib.Qlobal investisiya bankı və maliyyə xidmətləri şirkəti "Citigroup"un açıqladığı qlobal əmtəə hesabatına görə, bir sıra əmtəələrin qiymətləri pik həddinə çatıb.
Marja-nın məlumatına görə, bankın analitikləri bəyan ediblər ki, tənəzzül (böhran) baş verərsə, neftin qiyməti bir barel üçün 70 dollardan aşağı - 65 dollaradək düşə bilər.
Belə ki, "Citigroup", tənəzzül riskləri reallaşarsa xam neft qiymətlərinin 2022-ci ilin sonuna qədər 65 dollar/barelədək düşəcəyi barədə xəbərdarlıq edib. Daha əvvəl JPMorgan analitikləri neftin qiymətinin 380 dollara yüksələcəyini proqnozlaşdırmışdılar.
"Citi" analitikləri hesab edirlər ki, neftin qiyməti dekabrın sonuna qədər bir barel üçün 65 dollara, 2023-cü ilin sonunda isə daha da azalaraq 45 dollara düşə bilər.
"Bu, qlobal iqtisadiyyatda tənəzzülün başlaması və əmtəələrə tələbin azalması şəraitində baş verəcək", - Bankın hesabatında bildirilir.
“Tarixi məlumatlar göstərir ki, neft tələbi yalnız ən pis qlobal tənəzzüllər zamanı mənfi olur. Neftin qiyməti istənilən tənəzzül zamanı təqribən xərclərə qədər enir”, - hesabatda deyilir.
Citigroup-un proqnozu OPEC+un əmtəə bazarına müdaxilə etməmək ssenarisinə əsaslanır.
Bank növbəti üç ay üçün qarğıdalı, soya və buğda üçün qiymət hədəflərini də aşağı salıb.
Treyderlər yaxın 6-9 ayda heyvan yemi və bitki mənşəli bioyanacaqlara tələbatın əhəmiyyətli dərəcədə pisləşəcəyini gözləyirlər.
Xəbər verdiyimiz kimi, dünən West Texas Intermediate (WTI) markalı xam neft, səhmlərin ucuzlaşması və dolların bahalaşması ilə əlaqədar olaraq mayın 11-dən bəri ilk dəfə 100 dollardan aşağı düşüb.
Dünən axşam saatlarında Qərbi Texas xam nefti 9,16 faiz ucuzlaşaraq barreli 99 dolları görüb. Həmin dəqiqələrdə beynəlxalq bazarlarda Brent markalı neftin bir barreli 10,84 faiz ucuzlaşaraq 102,7 dollara satılıb.
Başda ABŞ olmaqla bütün dünyada güclənməyə davam edən tənəzzül narahatlıqları və inflyasiya ilə bağlı qeyri-müəyyənliklər qiymətlərin düşməsinə səbəb olur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 19 saat əvvəl
- 21 saat əvvəl
- 21 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb
























