Neftin qiyməti kəskin düşdükdən sonra yüksəlir
Dünən West Texas Intermediate (WTI) markalı xam neft, səhmlərin ucuzlaşması və dolların bahalaşması ilə əlaqədar olaraq mayın 11-dən bəri ilk dəfə 100 dollardan aşağı düşüb. Brent markalı neftin barreli isə beynəlxalq bazarlarda 10,84 faiz ucuzlaşıb.
Marja xəbər verir ki, dünən axşam saatlarında Qərbi Texas xam nefti 9,16 faiz ucuzlaşaraq barreli 99 dolları görüb. Həmin dəqiqələrdə beynəlxalq bazarlarda Brent markalı neftin bir barreli 10,84 faiz ucuzlaşaraq 102,7 dollara satılıb.
Qlobal investisiya bankı "Citigroup Inc", tənəzzül (böhran) vəziyyətində xam neftin bu il 65 dollara düşə biləcəyini şərh edib.
Başda ABŞ olmaqla bütün dünyada güclənməyə davam edən tənəzzül narahatlıqları və inflyasiya ilə bağlı qeyri-müəyyənliklər qiymətlərin düşməsinə səbəb olur.
Rusiyanın Ukraynaya müdaxiləsi də neft axınının pisləşməsinə səbəb olub. Enerji xərclərinin artması qlobal inflyasiyaya səbəb olsa da, bu vəziyyət Mərkəzi Bankların faiz dərəcələrini artırmasına gətirib çıxarır.
Bakı vaxtı ilə saat 08:00-da Brent nefti 1,2% bahalaşma ilə 104,03 dollardan, Qərbi Texas nefti isə 0,8% bahalşama ilə 100,25 dollardan ticarət olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 19 saat əvvəl
- 21 saat əvvəl
- 22 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb



















