İngiltərə Bankından qlobal iqtisadiyyatbarədə pessimist qiymətləndirmə
İngiltərə Mərkəzi Bankı qlobal iqtisadi mənzərənin əhəmiyyətli dərəcədə pisləşdiyini bildirib. Bank xəbərdarlıq edib ki, ölkənin maliyyə sabitliyinə təsir edə biləcək bir sıra aşağı yönlü risklər var.İngiltərə Mərkəzi Bankı (BoE) əmtəə qiymətlərindəki artımın dünyada inflyasiyaya səbəb olması ilə əlaqədar qlobal iqtisadi mənzərənin əhəmiyyətli dərəcədə pisləşdiyini açıqlayıb.
Marja xəbər verir ki, Bank bu gün açıqladığı maliyyə sabitliyi hesabatında enerji və xammal qiymətlərindəki dəyişkənliyin gələcəkdə iqtisadi şoklara səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.
Hesabatda, "dərin tənəzzül" ehtimalının qiymətləndirilməsi məqsədilə 2022-ci il üçün bank stress testlərinin sentyabr ayında başlayacağını və nəticələrin 2023-cü ilin ortalarında açıqlanacağı bildirilib.
Həmçinin hesabatda bildirilib ki, inflyasiya və borclanma xərclərinin artmasına baxmayaraq, bir çox ev təsərrüfatlarının maliyyə vəziyyəti yaxşıdır.
Yüksək faiz və xərclərin, davam edən tədarük zəncirində çətinliklərin korporativ gəlirliliyə təzyiq göstərməyə davam edəcəyi vurğulanıb.
Həmçinin Rusiyanın Ukraynaya hücumu ilə inflyasiya təzyiqlərinin dərinləşdiyi və qiymət artımının ailələrin real gəlirlərinə təzyiq göstərdiyi bildirilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 19 saat əvvəl
- 21 saat əvvəl
- 22 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb






















