Beynəlxalq Enerji Agentliyi təbii qaza tələbatın azalacağını gözləyir
Beynəlxalq Enerji Agentliyi (IEA) Rusiyanın Ukraynaya hücumu və tətbiq edilən sanksiyaların səbəb olduğu yüksək qiymətlər səbəbindən qlobal təbii qaz tələbatının azalacağını gözləyir.
Bildirilir ki, qiymət artımı və Rusiyadan gələn qazın kəsilməsi təhlükəsi istehlak "iştahını" azaltdığından qarşıdakı üç il ərzində təbii qaz tələbatında azalma ola bilər.
Beynəlxalq Enerji Agentliyi (IAA) rüblük bazar hesabatında bildirib ki, Asiyada iqtisadi yavaşlama Şimali Amerikanın canlı bazarlarına kölgə saldığından qazdan istifadənin 5 faiz azalacağını gözləyir.
IEA 2021-2025-ci illər üçün 170 milyard kubmetr olacağını gözlədiyi qlobal təbii qaz tələbatını 140 milyard kubmetrə qədər yenidən nəzərdən keçirib, 2024-cü il üçün qlobal tələb artımı proqnozlarını da əvvəlki ilə müqayisədə 60 faiz azaldıb.
Parisdə yerləşən agentliyin hesabatında deyilir: “Bugünkü rekord qiymətlər və tədarükün pozulması qazın etibarlı və sərfəli reputasiyasına xələl gətirir. Avropada qaz qiymətləri bir il əvvəllə müqayisədə üç dəfədən çox artıb. Bu, regionda son illərdəki ən pis yaşayış vəziyyətini daha da pisləşdirib və Rusiya yanacağını mayeləşdirilmiş təbii qaz (LNG) kimi alternativlərlə əvəz etməyə tələsməyə səbəb olub”.
Hesabata görə, LNG ixracının artması ilə Rusiyadan boru kəmərilə Avropaya qaz axınının hələlik 2022-ci ildə 40 faiz azalacağı gözlənilir. Avropada yanacağa tələbatın bu il təxminən 9 faiz azalacağı və 2020-ci il səviyyəsindən aşağı düşəcəyi gözlənilir.
IEA bu il qlobal LNG ticarətinin 5 faiz artacağını gözləyir. Bu nisbət 2021-ci ildə görülən artım tempindən bir qədər aşağıdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 19 saat əvvəl
- 21 saat əvvəl
- 22 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb
























