FT: Britaniyada bir neçə müəssisə qaz çatışmazlığı səbəbindən işlərini dayandıra bilər
Böyük Britaniyanın enerji tutumlu sənaye müəssisələri Avropa bazarında qaz qıtlığı yaranacağı təqdirdə qışda işlərini dayandırmaq məcburiyyətində qala bilərlər.
“Financial Times”ın bazar ertəsi axşam öz internet saytında məlumat yayıb ki, işgüzar nümayəndələr çərşənbə günü Böyük Britaniya hökumətinə bu barədə məlumat verəcəklər.
Nəşrin məlumatına görə, keramika, şüşə və polad istehsalçıları daha çox risk altındadırlar.
Dünyanın aparıcı polad istehsalçılarından biri olan "Tata Steel" bildirib ki, "təbii qaz və ya elektrik enerjisinin qəfil və ya əhəmiyyətli çatışmazlığı onun Böyük Britaniyadakı fəaliyyətinə təsir göstərə bilər".
Britaniya hökumətindəki mənbələr qəzetə bildiriblər ki, bu qış ciddi qaz qıtlığı gözləmirlər, lakin Rusiya qazının materik Avropaya və Norveç qazının Böyük Britaniyaya tədarükünün kəsilməsinin "çox az ehtimal olunan" ssenarisində planlar var.
Böyük Britaniya qazının yalnız 4%-ni Rusiya Federasiyasından alır və Şimal dənizindəki yataqlar hesabına öz tələbatının 40-50%-ni müstəqil şəkildə təmin edir. Eyni zamanda, ölkənin bazarı Norveç və Qətərdən tədarükdən asılıdır. Krallıq həm də onu Belçika və Hollandiya ilə birləşdirən dəniz kəmərləri vasitəsilə qaz alır. Hər iki dövlət elektrik enerjisi ilə bağlı fövqəladə vəziyyətlə üzləşsələr, Böyük Britaniyaya tədarükü dayandıra bilərlər. London ən çox ehtiyat edir ki, Avropa İttifaqında qaza tələbatın kəskin artması fonunda keçən il Krallıqda istehlak edilən bütün qazın 42%-ni təmin edən Norveçdən tədarüklər iki dəfə azaldıla bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 19 saat əvvəl
- 21 saat əvvəl
- 22 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb






















