“OPEC plus” qərarını verdi - Azərbaycan tərəfindən də dəstəklənib
Azərbaycanın xam neft hasilatının azaldılması ilə bağlı uzunmüddətli öhdəlikləri başa çatırAzərbaycanın Energetik Nazirliyinin yaydığı məlumata görə, Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin 30-cu iclasında gündəlik xam neft hasilatının avqustda 648 min barrel artırılması ilə bağlı qərarı Azərbaycan tərəfindən dəstəklənib.
Avqust ayı üzrə müəyyənləşdirilmiş kvotalara uyğun olaraq Azərbaycanda gündəlik xam neft hasilatının 11 min barrel artırılaraq 717 min barrelə çatdırılması, ixtisarla bağlı öhdəliyin isə yekunlaşması nəzərdə tutulur.
"Bu, neft bazarının tənəzzülü şəraitində tələb-təklif tarazlığının bərpası məqsədilə 2020-ci ilin aprel ayında qəbul edimiş tarixi Razılaşmanın mərhələli icrası çərçivəsində “OPEC plus” ölkələri üzrə gündəlik xam neft hasilatı ilə bağlı yekun ixtisarlardır. Bununla da Azərbaycan da daxil olmaqla “Əməkdaşlıq Bəyannaməsi” iştirakçılarının 2020-ci ilin may ayından qüvvədə olan, iki ildən artıq müddəti, ümumilikdə gündəlik xam neft hasilatının birinci mərhələdə 9,7 mln. barrel, ikinci mərhələdə 7,7 mln. barrel və üçüncü mərhələdə 5,8 mln. barrelə yaxın azaldılmasını əhatə edən böyük həcmli öhdəlikləri bu ilin avqust ayının sonunda başa çatır.
Bu müddət ərzində “OPEC plus” mütəmadi iclaslar zamanı qəbul edilmiş qərarlarla istehsal məhdudiyyətlərini davamlı düzəlişlər etməklə tədricən həyata keçirdi. Yeni qərarla “Əməkdaşlıq Bəyannaməsi” iştirakçısı olan ölkələrin avqustda gündəlik 43 854 min barrel həcmində xam neft istehsal etməsi nəzərdə tutulur. Bu isə hasilatın ixtisarların aparıldığı 2018-ci ilin oktyabr ayındakı səviyyədə bərpasına imkan yaradır", -məlumatda bildirilir.
Xatırladaq ki, “OPEC plus” ölkələri üzrə 5,8 mln. barrelə yaxın ixtisarların 2022-ci ilin sentyabrında başa çatdırılması və “Əməkdaşlıq Bəyannaməsi”nin müddətinin bu ilin sonunadək uzadılmasına dair qərar ötən ilin iyul ayında keçirilmiş 19-cu iclasda qəbul edilmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 19 saat əvvəl
- 21 saat əvvəl
- 21 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb





















