Rusiya hökuməti rublun bahalaşması ilə əlaqədar yeni plan hazırlayır
Rusiya hökuməti rublun bahalaşması ilə əlaqədar yeni plan hazırlayır. Yeni plana görə, Rusiya böyük iqtisadi problemə çevrilən rublun bahalaşmasının qarşısını almaq üçün əldə etdiyi əlavə neft və qaz gəlirlərini “dost” ölkələrin valyutalarından alış etmək üçün istifadə etməyi düşünür.Rusiyaya qarşı tətbiq edilən sanksiyalara görə ölkə birbaşa dollar və avro ala bilmir.
Marja xəbər verir ki, Rusiyanın maliyyə naziri Anton Siluanov bəyan edib ki, hökumət müharibədən əvvəlki fiskal qaydasına bənzər versiyanı tətbiq etməklə valyuta gəlirlərini artırmağı və bununla da rublun dəyərini aşağı salmağı hədəfləyir. Yeni yanaşma ilə sanksiyalardan təsirlənməyən valyutalar hədəfə alına bilər. Siluanov hansı valyutaları almağı planlaşdırdıqlarını açıqlamayıb.
Siluanov Rusiyanın işgüzar dairələri ilə görüşdə “Biz məzənnəyə təsir etmək üçün dost ölkələrin valyutalarına sərmayə qoymağa hazırıq. Dollar və avro ilə çarpaz məzənnələr vasitəsilə rublun dollar və avro qarşısında məzənnəsini tənzimləyəcəyik. Hökumət bu planla gələn həftə rublun dəyərinə dair digər addımları müzakirə edəcək",- deyib.
“Bu cür alışlar rublu zəiflətmək üçün kifayət qədər güclü olmayacaq”
Rusiyanın İqtisadi inkişaf naziri Maksim Reşetnikov həmin iclasda bildirib ki, bu cür alışlar nəhəng ixrac gəlirlərini qarşılaya bilməyəcək və beləliklə də rublu zəiflətəcək gücdə olmayacaq.
Rusiya Mərkəzi Bankının rəhbəri Elvira Nabiullina bildirib ki, onlar müharibədən əvvəlki fiskal qaydaya qayıtmağı dəstəkləsələr də, sanksiyalara görə sərmayə qoymaq üçün xarici valyuta tapmaq çətin ola bilər.
Rubl dollar qarşısında son 7 ilin ən yüksək səviyyəsindədir. Bu gün Dollar/Rubl məzənnəsi 2015-ci ildən bu yana ilk dəfə 51 rubldan aşağı düşüb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 17 saat əvvəl
- 19 saat əvvəl
- 20 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb























