Stoltenberq: “Ərzaq qiymətlərinin artmasına səbəb müharibədir və nöqtə”
“Ərzaq qiymətlərinin artmasına səbəb nə NATO, nə də sanksiyalardır. Buna səbəb Rusiyanın Ukraynaya qarşı apardığı amansız müharibədir”.
Bunu Baş katib Yens Stoltenberq NATO Sammiti çərçivəsində İctimai Forum - İqlim və Təhlükəsizlik üzrə Yüksək Səviyyəli Dialoqda bildirib.
“Mən tam başa düşürəm ki, artan ərzaq qiymətləri Afrikanı, Yaxın Şərqi dərindən narahat edir. Lakin bir daha deyirəm: ərzaq qiymətlərinin artmasına səbəb nə NATO, nə də sanksiyalardır. Buna səbəb Rusiyanın Ukraynaya qarşı apardığı amansız müharibədir və nöqtə. Əgər Putin müharibəni dayandırsa və ya ən azı imkan versə, Ukrayna gəmiləri sahildən çıxaraq Ukrayna taxılını qlobal bazara çıxarsın, bu, ərzaq qiymətlərini aşağı salacaq”, - NATO Baş katibi deyib.
O qeyd edib ki, NATO müttəfiqləri müxtəlif yollarla bu problemi həll etməyə çalışır, xüsusilə də Türkiyə, Prezident Ərdoğan həll yolu tapılması üçün müxtəlif təşəbbüslərlə çıxış edir. Həmçinin quru yolu ilə Avropa ölkələri vasitəsilə taxılın qlobala bazara çıxarılması üçün işlər görülür, təbii ki, logistik problemlər, daşınan taxılın miqdarı ilə bağlı çətinliklər var.
İllik 14.5%-dən 30 000 AZN-dək zaminsiz komissiyasız kredit!
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 17 saat əvvəl
- 19 saat əvvəl
- 20 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb





















