Azərbaycanın qonşusu buğda və arpa ixracına qadağa qoydu
Gürcüstan hökuməti ölkə daxilində qıtlığının qarşısını almaq üçün iyulun 4-dən yerli istehsal olan buğda və arpanın ixracına bir illik qadağa tətbiq etmək qərarına gəlib.
Marja xəbər verir ki, bu barədə çərşənbə axşamı Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Regionda yaranmış vəziyyəti nəzərə alaraq, ərzaq təhlükəsizliyini təmin etmək üçün yerli istehsal olunan buğda və arpa satışının yalnız daxili bazarda baş verməsi vacibdir. Bütün yuxarıda deyilənləri nəzərə alaraq, hökumət bu il iyulun 4-dən 2023-cü il iyulun 4-dək Gürcüstanda istehsal olunan buğda və arpanın ixracını qadağan etmək barədə qərar qəbul edib”, - mətbuat xidməti qeyd edib.
İxrac qadağası Gürcüstanda istehsal olunan qarğıdalıya təsir etməyəcək.
Gürcüstan hər il 650 min tona qədər buğda istehlak edir. Respublika özünü yalnız 15% təmin edir. Qalanı idxaldır ki, onun da 90%-dən çoxu Rusiyadan gəlir.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
- 12 d. əvvəl
- 20 d. əvvəl
- 30 d. əvvəl
-
46 d. əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 50 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
PAŞA Bankın İPO-sunda kiçik investorların süni sıxışdırılmasının qarşısı alınacaq
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Qızılın qiyməti son 6 ayın ən aşağı səviyyəsinə düşüb
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək



























