"Sovcombank" Özbəkistan dövlət bankını almayacaq
Razılaşma sanksiyalara görə ləğv edilibRusiyanın "Sovcombank" təşkilatı tərəfindən Özbəkistanın dövlət bankı olan “Uzagroexportbank”ın alqı-satqısı üzrə sövdələşmə sanksiyalara görə ləğv edilib.
Marja xəbər verir ki, bu barədə kredit təşkilatının mətbuat xidməti məlumat yayıb.
"Təəssüf ki, sistem əhəmiyyətli Rusiya banklarında olduğu kimi, bizə qarşı sanksiyalar tətbiq olunduğu üçün layihənin indiki şəraitdə həyata keçirilməsi qeyri-mümkün olub. Sövdələşmə artıq ləğv edilib”, – "Sovcombank"ın İdarə Heyəti sədrinin birinci müavini Sergey Xotimski bildirib.
2021-ci ilin noyabrında Sovcombank-ın dövlətə məxsus "Uzagroexportbank"ın səhmlərinin 100%-ni Özbəkistan hakimiyyət orqanlarından almaq planları barədə məlumat yayılmışdı. Lakin 2022-ci ilin fevralında məlum oldu ki, "Sovcombank" sanksiyalara məruz qaldığı üçün sövdələşmə dayandırılıb. Özbəkistan bankının alınması həm də onun məhdudiyyətlərə məruz qalması demək olardı.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
12 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 13 saat əvvəl
-
14 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 14 saat əvvəl
- 15 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
























