Dünya nəhəngi İraq Kürdüstanındakı layihələrindən çıxır
INA agentliyinin məlumatına görə, oxşar qərarı Amerikanın neft-mədən xidmətləri şirkəti Baker Hughes də verib.Dünyanın ən böyük neft-mədən xidmətləri korporasiyalarından biri olan Schlumberger İraqın Federal Ali Məhkəməsi Kürd muxtariyyətinin neft və qazla bağlı regional qanununu konstitusiyaya zidd olaraq tanıdıqdan sonra İraq Kürdüstanında yataqların işlənməsində iştirakını dayandırıb.
Marja xəbər verir ki, bu barədə bazar ertəsi INA agentliyi mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, oxşar qərar Amerikanın neft-mədən xidmətləri şirkəti Baker Hughes tərəfindən də qəbul edilib.
2022-ci il fevralın 15-də İraqın Federal Ali Məhkəməsi İraq Kürdüstanının 2007-ci ildə qəbul edilmiş neft və qazla bağlı regional qanununu konstitusiyaya zidd elan edib. İraq Kürdüstanının qəbul etdiyi qanun muxtariyyət hökumətinin Bağdaddan asılı olmayaraq enerji siyasəti yürütmək və müstəqil müqavilələr bağlamaq hüququna malik olmasını nəzərdə tutur.
İraqın Federal Ali Məhkəməsinin qərarına əsasən, vilayət hökuməti muxtariyyətin mədənlərində neft hasilatını Bağdadın nəzarətinə keçirməyə borcludur.
Ərbil və Bağdad arasında münaqişə 2013-2014-cü illərdə kürd muxtariyyətinin səlahiyyətliləri müstəqil şəkildə Türkiyəyə neft ixrac etmək qərarına gələndə və karbohidrogenlərin satışından əldə olunan gəlirləri federal hökumətə köçürməkdən imtina etdikdə kəskinləşib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 19 saat əvvəl
- 21 saat əvvəl
- 22 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb

























