Azərbaycanda xəstəyə dil tikilib
Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında dildə bəd xassəsəli şişlə bağlı mürəkkəb əməliyyat icra olunub. Əməliyyat zamanı xəstənin dili, boynundakı limfa düyünləri çıxarılsa da, bədənin digər hissəsindən dil və dilaltı nahiyə əvəzləyicisi formalaşdırılıb.
Bu barədə ATU-nun mətbuat xidmətindən bildirilib. Klinikanın ağız və üz-çənə cərrahiyyəsi şöbəsinin müdiri tibb üzrə fəlsəfə doktoru Məhəmməd Davudovun sözlərinə görə, 62 yaşlı qadın xəstə dilin törəməsi ilə bağlı müraciət edib: “Dilində bədxassəli şişi olan bu xəstə əvvəllər müalicə alıb, hətta əməliyyat olunub. Dilinin bir hissəsi, boynundakı limfa düyünləri götürüldükdən sonra xəstə şüa müalicəsinə göndərilib, 8 ay müddətində özünün həyatına davam edib. Bu xanım bundan öncə də bağırsaq xərçəngi ilə əlaqədar kimyəvi dərman və şüa müalicəsi alıb. Yəni, ümumi onkoloji xəstədir”.
Lakin bu günlərdə həmin qadının dilində yenə kəskin ağrılar baş qaldırıb. M.Davudov bildirir ki, müayinələr nəticəsində xəstənin dilinin digər tərəfində də şişin yayılması, törəmənin massiv şəkildə bütün dili tutduğu aşkarlanıb. “Onkoloqlarla konsultasiyadan sonra belə qərara gəlindi ki, xəstədə şüa terapiyası artıq mümkün deyildi, kimyəvi dərman müalicəsi heç bir effekt vermirdi. Burda yeganə çıxış cərrahi əməliyyat görüldü. Cərrahi əməliyyat daha radikal şəkildə icra olunmalıydı - dil tam şəkildə götürülməli idi. Təbii ki, dilin tam götürülməsi texniki cəhətdən çətinlik törətmir. Amma əsas məsələ - əmələ gələcək defektin bərpası idi. Konsulium nəticəsində dili və dilaltı nahiyəni götürdükdən sonra əmələ gəlmiş geniş həcmli bir defektin sərbəst damar ayaqcıqlı toxuma ilə aradan qaldırılması planlaşdırıldı”.
Beləliklə, xəstə əməliyyata götürülüb. Xəstənin əməliyyatdan sonrakı qidalanma probleminin aradan qaldırılması üçün onda eyni zamanda perkutan endoskopik qastrostomiya əməliyyatı da icra olunub: “Bir sıra inkişaf etmiş ölkələrdə belə xəstələrin əməliyyatdan sonrakı qidalanmasında problemi aradan qaldırmaq üçün məhz bu üsuldan istifadə edirlər. Xəstə klinikanın ümumi cərrahları tərəfindən əməliyyat olunub. Hazırda xəstənin qidalanması bərpa olunur, ona istənilən qidanı vermək mümkündür. Bu isə yaraların sağalması, xəstənin yaxşılaşdırılması üçün çox mühüm bir şərtdir”.
Həkim bildirib ki, bu mürəkkəb əməliyyat 7 saat davam edib. Boyundakı damarların anestomozu hazırlanıb. Belin arxa yan hissəsi (belin eninə əzələsi) buradakı arterial və vena damarlarla birlikdə kəsilib, həmin damarlarla boyundakı damarlara anestomoz qoyulub: “Torakodokzal arteriya və vena dediyimiz damarlarla yuxarı qalxanvari arteriya və yuxarı qalxanvari vena arasında anestomoz qoyuldu. Götürülmüş dəri əzələ diliminin köməyilə həm dil, həm də ağızdibi nahiyə formalaşdırıldı və tikildi. Xəstə təxminən bir həftə müddətində şöbəmizdə stasionar müalicədə oldu. Bu əməliyyatın özəlliyi sadəcə əməliyyatın texniki cəhətdən uğurla başa çatmasında deyil, eyni zamanda əməliyyatdan sonraki konservativ müalicənin davam etdirilməsidir. Tədris Cərrahiyyə Klinikası və bizim şöbəmiz, rezidentlərimiz bu sahədə həm fəaldırlar, həm də artıq peşəkarlaşıblar. Onların zəhməti nəticəsində bizim köçürdüyümüz toxumada heç bir problem olmadı”.
Qeyd edək ki, xəstə artıq özü gəzib yeyə bilir. Onu evə buraxıblar. Müəyyən müddətdən sonra xəstənin danışığı da bərpa olunacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 6 gün sonra
- 10 d. əvvəl
-
- 22 d. əvvəl
- 1 saat əvvəl
-
13 saat əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 13 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
-
16 saat əvvəl
Sabah Investment Group Azərbaycanın adını dünya lüks xəritəsinə yazdırır
-
17 saat əvvəl
Bakıda yeni Xiaomi 17T seriyasının təqdimat tədbiri keçirilib - QİYMƏTLƏR
- 17 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 7 GÜN
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
Azərbaycan neftinin son qiyməti
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Ən çox oxunanlar
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
Geologiya İnstitutunun direktoru vəzifəsindən azad edilib
İlk 5 ayda Vergi Xidməti 130,3 milyon manat çox olmaqla 7 milyard 825 milyon manat yığıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“Kredit Həyat Sığortası” bizi nələrdən sığortalayır?






















