Hindistan aprel-iyun aylarında Rusiya neftinin idxalını 50 dəfə artırıb
Hindistandakı neft emalı müəssisələri aprel-iyun aylarında Rusiya xam neftinin alışını 50 dəfə artırıb.
Marja xəbər verir ki, bu barədə cümə günü "The Economic Times" hökumətdəki mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, son üç ayda Rusiya neftinin idxalı 50 dəfə artıb və indi ilk dəfə olaraq Hindistanın xaricdən aldığı bütün xam neftin 10%-ni təşkil edir. Fevralın 24-nə qədər Rusiyadan xam neft alışı Hindistanın alışlarının ümumi həcminin 0,2%-ni keçmirdi.
"Hazırda Rusiya Hindistana neftin on əsas tədarükçüsü arasındadır. May ayında Rusiya Səudiyyə Ərəbistanını geridə qoyub və İraqdan sonra respublikaya bu xammalın ikinci ən böyük ixracatçısı olub", - mənbələr bildiriblər.
Onların dediyinə görə, Hindistan dünyada enerji qiymətlərinin əhəmiyyətli dərəcədə artdığı bir vaxtda Rusiya Federasiyasının neftin barrelini 30 dollara qədər endirimlə satmağa başladığı vəziyyətdən istifadə edib. May ayında Hindistan təxminən 25 milyon barel Rusiya nefti alıb.
ABŞ və Çindən sonra Hindistan dünyanın ən böyük neft istehlakçısıdır və onun 85%-dən çoxu xaricdən alınır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 17 saat əvvəl
- 19 saat əvvəl
- 20 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb
























