Chevron neft şirkətindən Baydenə cavab
Chevron-un baş direktoru Mike Wirth , neftin qiymətinin artmasına görə böyük neft şirkətlərini tənqid edən ABŞ prezidenti Co Baydenə məktub yazıb. Wirth qeyd edib ki, Chevron ötən il 143 illik tarixində ən yüksək həcmdə neft və qaz hasil edib.ABŞ-ın əsas neft istehsalçılarından biri olan Chevron-un baş direktoru Mayk Virt (Mike Wirth) ABŞ prezidenti Co Baydenin böyük neft şirkətlərinə ünvanladığı tənqidləri rədd edərək, neftin qiymətinin aşağı salınması və təklifin artırılması üçün yanaşma dəyişikliyinə ehtiyac olduğunu bildirib.
Marja xəbər verir ki, Rusiyanın Ukraynaya hücumu ilə daha da ağırlaşan qlobal tələb və təklif balanssızlığının asan həllinin olmadığına diqqət çəkən Virt, bu vəziyyətin siyasi ritorikadan çox düşünülmüş hərəkət və birlikdə işləmək istəyilə həll edilə bilinəcəyini qeyd edib.
“Tariximizdə ən yüksək həcmdə istehsal etdik”
Chevron-un ötən il 143 illik tarixində ən yüksək həcmlərdə neft və qaz hasil etdiyini qeyd edən Virt, bu ilin birinci rübündə ABŞ-dakı neft hasilatlarının ötən ilin eyni rübünə nisbətən 109 min barel artaraq gündəlik 1,2 milyon barrelə çatdığını bildirib.
Məktubunda Chevron-un rəhbəri Virt qeyd edib:
"Bu səylərə baxmayaraq, administrasiyanız əsasən sənayemizi tənqid etməyə və bəzən böhtan atmağa çalışdı. Bu hərəkətlər üzləşdiyimiz problemlərin həllində faydalı deyil və Amerika xalqı buna layiq deyil. Bugünkü geosiyasi vəziyyət bu enerji böhranına səbəb olub. Qiymətləri aşağı salmaq və təchizatı artırmaq üçün yanaşmanı dəyişmək lazımdır. Siz bizim sənayemizi enerji istehsalını artırmağa çağırdınız. Biz razıyıq, gəlin birlikdə işləyək. ABŞ enerji sənayesinin sizin rəhbərliyinizin əməkdaşlığına və dəstəyinə ehtiyacı var. Bu, ölkəmizin daha böyük enerji təhlükəsizliyi, iqtisadi inkişafı və rifah üçün edilməlidir".
ABŞ prezidenti Co Bayden isə Chevron-un baş direktoru Wirth-in məktubunu “çox həssas” adlandırıb. "Mən sizin hisslərinizin bu qədər asanlıqla inciyəcəyini bilmirdim",- Bayden qeyd edib.
Bayden keçən həftə verdiyi açıqlamada neft şirkətlərinin tədarük çatışmazlığından (təklifin az olmasından) istifadə edərək mənfəətlərini artırdıqlarını bildirib.
ExxonMobil, Chevron, BP və Shell kimi şirkətlərə məktub yazan Bayden, artan benzin qiymətlərinə qarşı neft şirkətlərini hasilatı artırmağa çağırıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 15 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb




















