IATA aviaşirkətlər üçün 2023-cü il proqnozunu açıqlayıb
Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) hava yolu sənayesinin 2023-cü ildə gəlirli olacağı proqnozlaşdırıldığını bildirib. Açıqlamada bu il hava yolu sənayesinin gəlirinin 782 milyard dollara çatmasının gözlənildiyi qeyd edilib.IATA-nın yaydığı açıqlamada, Covid-19 pandemiyasının yaratdığı böhrandan "sağalma" sürəti artdıqca hava yolu sənayesi üçün perspektivlərin yaxşılaşdığı bildirilir.
Açıqlamada qeyd olunub ki, bu il hava yolu sənayesinin zərərinin 9,7 milyard dollara qədər azalacağı gözlənilir. Keçən ilin oktyabrında açıqladığı hesablamalarda IATA sənayenin bu il 11,6 milyard dollar itirəcəyini proqnozlaşdırmışdı.
Bunun böyük bir irəliləyiş olduğu bildirilən açıqlamada, hava yolu sənayesinin zərərinin 2020-ci ildə 137,7 milyard dollar, 2021-ci ildə isə 42,1 milyard dollar olduğu xatırladılıb.
Açıqlamada bildirilib ki, gələn il ümumilikdə hava yolu sektorunununa gəlir əldə edəcəyi gözlənilir.
IATA-nın bəyanatında bildirilib ki, iqtisadi çətinliklərə baxmayaraq, 2022-ci ildə yüklərin həcminin rekord həddə - 68,4 milyon tona çatacağı gözlənilir.
İnsanların səyahətə başlaması ilə gəlirlərin artdığına diqqət çəkilərək, xərclərin nəzarətdə saxlanılmasının bu il üçün çətin olduğu vurğulanıb.
Açıqlamada, bu il hava yolu sənayesinin gəlirinin 782 milyard dollara çatması gözlənildiyi bildirilib.
IATA-nın Baş Direktoru Villi Uolş bildirib ki, hava yolları dayanıqlıdır və insanlar getdikcə daha çox hava səyahətinə çıxırlar.
Artan iqtisadi qeyri-müəyyənliyə baxmayaraq hava yük daşımalarının yaxşı performans göstərdiyinə diqqət çəkən Uolş, "Zərər bu il 9,7 milyard dollara düşəcək və 2023-cü ildə gəlirlilik üfüqdədir",- ifadəsini işlədib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 17 saat əvvəl
- 19 saat əvvəl
- 20 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb





















