Rusiya Çinə rekord miqdarda neft ixrac edib
Rusiya may ayında Çinə xam neft tədarükündə lider olub. Moskva çinli alıcılara “böyük endirimlər” təklif edir.
Reuters, Çinin Baş Gömrük İdarəsinin məlumatlarına istinadən yazır ki, mayda Çin Rusiya istehsalı olan xam neft idxalını illik müqayisədə rekord nisbətdə - 55% artırıb. Rusiya bu yanacağın Çinə ixracatçıları arasında Səudiyyə Ərəbistanını sıxışdıraraq birinci yeri tutub.
Marja Reuters-ə istinadən xəbər verir ki, May ayında Rusiyadan neft tədarükünün həcmi təqribən 8,42 milyon ton təşkil edib ki, bu da təqribən sutkada 1,98 milyon barelə bərabərdir.
Agentlik qeyd edir ki, bu, aprel ayı ilə müqayisədə 25% çoxdur. Neft həm dəniz, həm də Şərqi Sibir-Sakit Okean boru kəməri ilə çatdırılıb.
Belə dinamika Rusiyanın neft tədarükünə beynəlxalq sanksiyalar fonunda ölkənin çinli alıcılarına təqdim etdiyi böyük endirimlər şəraitində baş verib, xüsusən də dövlətə məxsus “Sinopec” neft emalı zavodu korporasiyası və dövlətə məxsus “Zhenhua Oil” böyük endirimlə yanacaq alıb.
May ayında Səudiyyə Ərəbistanından tədarük olunan neftin həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 8,7% artıb. Ər-Riyad bütün ay ərzində 7,82 milyon ton neft tədarük edib ki, bu da gündəlik 1,84 milyon barelə bərabərdir.
Braziliyadan tədarükün azalmasının səbəblərindən biri Rusiya neftinin endirimlə rekord qiymətə alınması olub, may ayında bu ölkədən Çinə neft idxalı illik müqayisədə mənfi 19% olmaqla 2,2 milyon ton təşkil edib.
Eyni zamanda, Çin 2019-cu ildən bəri ABŞ-ın ikinci dərəcəli sanksiyaları altına düşməkdən qorxduğundan Venesuela neftini almır. May ayında Venesueladan idxal sıfır səviyyəsində qalıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
2 d. əvvəl
Tramp 1 oktyabr tarixindən idxal dərmanlarına 100% rüsum tətbiq edəcək
-
11 d. əvvəl
Çin şirkətinin nümayəndə heyəti ilə görüş baş tutub, ARDNF "hazırıq" mesajını verib
-
- 26 d. əvvəl
-
12 saat əvvəl
Azərbaycanın alüminium nəhəngi maliyyə göstəricilərini açıqladı - mənfəəti 5,7 dəfə artıb
-
13 saat əvvəl
Əhali tərəfindən Azərbaycana 1.4 milyard dollarlıq məhsul idxal edilib
-
13 saat əvvəl
Bu torpaq sahələrinin 1 faizindən artıq olmayan hissəsində tikililər inşa edilə və quraşdırıla bilər
-
13 saat əvvəl
Mahmud Abbas: HAMAS-ın gələcəyi yoxdur, silahı yerə qoymalıdırlar
- 14 saat əvvəl
-
14 saat əvvəl
Avropa bankı Azərbaycanda ilk dəfə istiqraz buraxır - MƏBLƏĞ
- 15 saat əvvəl
-
15 saat əvvəl
Bakı Fond Birjasından "FINCA Azerbaijan"ın istiqrazları ilə bağlı qərar
Son Xəbərlər

Çin şirkətinin nümayəndə heyəti ilə görüş baş tutub, ARDNF "hazırıq" mesajını verib

Bosch 13 min işçisini ixtisar edəcək

Bu torpaq sahələrinin 1 faizindən artıq olmayan hissəsində tikililər inşa edilə və quraşdırıla bilər

Avropa bankı Azərbaycanda ilk dəfə istiqraz buraxır - MƏBLƏĞ
Ən çox oxunanlar

Unibank Xankəndidə sahibkarlar üçün təqdimat edib

Dövlət Qulluğu Məcəlləsi hazırlanacaq

"Ülker" məhsullarının topdan və pərakəndə satıldığı mağaza açılıb

“E-qanun.ai” platformasının təqdimat mərasimi keçirilib

Temperatur enəcək, yağış yağacaq, leysan olacaq - XƏBƏRDARLIQ
